veten informasiya agentliyi

Vergi əməkdaşlarının maaş əlavəsi artırılıb

Tarix:9-01-2017, 09:46
Baxış Sayı:556

Nazirlər Kabineti Vergilər Nazirliyinin işçilərinin sosial müdafiəsi üçün yaradılmış xüsusi fondun gəlir mənbələrini artırıb. Bu haqda qərar imzalandığı tarixdən (30 dekabr) deyil, keçən ilin ilin avqustun 13-dən qüvvəyə minib.

Bu hqda məlumatı contact.az yayıb. Sayt bildirir ki, “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na edilən dəyişikliyə görə, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi artıq bu fondun yeganə gəlir mənbəyi deyil.

Fonda, həmçinin, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi toplanacaq. Bundan başqa, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi də bu fonda daxil olur.

Dəyişikliklərə əsasən, fonda toplanan vəsaitlərin istifadə təyinatı da genişləndirilib. Bu vəsaitlərdən həm də vergi orqanı işçilərinə əməkhaqlarının, məzuniyyət haqlarının və ezamiyyə xərclərinin; onların əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsində istifadə olunacaq.

Fonda yığılan vəsaitlər sosial sığorta haqlarının, Vergilər Nazirliyinin icarəyə götürdüyü inzibati binalara görə icarə haqlarının və beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə də sərf olunacaq.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib