veten informasiya agentliyi

Bu avtomobillərin yerli istehsalı daha ucuz başa gələcək – AÇIQLAMA

Tarix:7-02-2019, 14:34
Baxış Sayı:281

Bu avtomobillərin yerli istehsalı daha ucuz başa gələcək – AÇIQLAMA
















Azərbaycan və Rusiyanın Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə inşa edəcəyi zavodda yüngül tonnajlı yük avtomobilləri buraxacaq.

Bu barədə Oxu.Az-a birgə müəssisədə Azərbaycan tərəfini təmsil edəcək “Azərmaş” ASC-nin mətbuat xidmətinin rəhbəri Günay Namidar bildirib.

Onun sözlərinə görə, hazırda “Azərmaş” Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) markasının Azərbaycanda rəsmi satışını həyata keçirir. Zavod açıldıqdan sonra isə həmin avtomobillərin hissələri ölkəmizə gətirilərək burada yığılacaq.

“Bu isə daha ucuz başa gələcək və daha sərfəli qiymətlərlə yerli bazara təklif ediləcək”, – deyə G.Namidar bildirib.

Qeyd edək ki, hazırda avtomobil elanı üzrə saytlarda Qaz-Qazel markalı, mexaniki sürət qutusuna malik yük avtomobilləri ilindən və vəziyyətindən asılı olaraq 5500-6200 dollar arasında dəyişir. Azərbaycanın tələbatına gəlincə, 2018-ci ölkəyə xaricdən 2300 ədəd yük maşınları gətirilib.

“Azərmaş” ASC 15 noyabr 2017-ci il tarixində yaradılıb, Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsini strateji hədəf seçib. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərinin istehsalı zavodu qurulub. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satışını planlaşdırır.

Novruz Aslanov şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr edilən filmin təqdimatında iştirak edib
Novruz Aslanov şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr edilən filmin təqdimatında iştirak edib
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub
Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək
Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək
SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzeti əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib
SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzeti əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib
QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib
QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib
Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi
Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi
AzTU-nun tələbəsi Avropa çempionu olub
AzTU-nun tələbəsi Avropa çempionu olub
Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib
Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib