veten informasiya agentliyi

Böhranın daha bir üzü: Sığorta bazarı çöküb

Tarix:2-03-2017, 14:13
Baxış Sayı:994

Böhranın daha bir üzü: Sığorta bazarı çöküb












Ötən il Azərbaycanda avtomobil sığortası bazarı kiçilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına görə yığım 2 faiz azalaraq 103 milyon 830 min manata enib. 2015-ci ildə isə avtomobil sığortasından 105 milyon 675 milyon manat sığorta haqqı toplanıb. Ötən il avtomobillərin təmir xərcinə yönəldilən ödənişlər də azalıb. 2015-ci ildə 57 milyon 228 milyon manat ödəniş edilibsə, ötən il bu rəqəm 56 milyon 468 min manat olub.

Ən ciddi azalma kasko sığortada müşahidə edilir. Bu növ üzrə yığımlar 25 faiz azalaraq 21 milyon 260 milyon manat, ödənişlər isə 34 faiz azalaraq 15 milyon 527 milyon manat olub. Kasko üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni, nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır.Palatanın məlumatına görə, könüllü mülki məsuliyyət sığortası artıb. Avtomobillərin könüllü mülki məsuliyyət sığortasında isə ötən il yığımlar artıb. Yığımların həcmi 25 faiz artaraq 1 milyon 496 min 223 manat təşkil edib.Bununla belə ödənişlər 34 faiz azalaraq 98 min 298 manat olub.

Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə bildirib ki, 2015 və 2016-cı ilin statistik nəticələrə görə, kasko sığortası kifayət qədər azalıb: “Baxmayaraq ki, icbari sığortada müəyyən artım müşahidə olunub, amma kasko sığortada 25 faiz azalma var. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda avtomobil satışı çox ciddi şəkildə azalıb. Həmçinin banklar vasitəsilə avtomobil satışının kreditləşməsi, hətta sıfır səviyyəsinə qədər azalıb.Bütün bunların fonunda kasko sığortasının azalması qaçınılmaz idi.Məsələ ondan ibarətdir ki, Azərbaycanda insanlar könüllü şəkildə kasko sığortasına çox nadir hallarda müraciət edirdi. Sığortalananlar əsasən bank kreditləşməsi yolu ilə, ya lizinq vasitəsilə, yaxud da müddətli ödəmə şərtilə, yəni, daxili kreditləşmə hesabına avtomobil alan şəxslər idi. Bu şirkətlər də avtomobilin kasko sığortasını müştəridən tələb edirdi.

Bunun da fonunda kasko sığortası bazarı formalaşmışdı və hər ötən il artırdı. Amma son illər həm avtomobil satışının kəskin şəkildə aşağı düşməsi, həm avtomobil kreditləşməsinin dayandırılması və demək olar ki, lizinq vasitəsilə avtomobil satılması da banklarda olduğu kimi sıfır səviyyəsinə yaxınlaşıb.Bütün bunların fonunda kasko sığortasına marağın azalması gözlənilən idi və belə də olmalı idi”.

Ekspert məsələdə başqa bir maraqlı nüansın olduğunu da diqqətə çatdırıb: “Baxmayaraq ki, kasko sığortasının portfeli kifayət qədər azalıb, ancaq könüllü şəkildə avtomobilini sığortalamaq istəyən vətəndaşların sayında artım müşahidə olunub. Yəni, ötən illərdə daha az şəxs könüllü şəkildə öz avtomobilini sığortalayırdısa, bu il könüllü müraciət edən vətəndaşların sayı artıb. Amma ümumilikdə sığorta portfelini götürdükdə sadaladığımız faktorlar fonunda kasko sığortasında 25 faizə qədər azalma olub”.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?