veten informasiya agentliyi

Azərbaycan Kubokunu "Keşlə" qazandı: "Zirə" Avropadan kənarda qaldı

Tarix:29-05-2018, 11:11
Baxış Sayı:605

Azərbaycan Kubokunu "Keşlə" qazandı: "Zirə" Avropadan kənarda qaldı















Azərbaycan Kubokunun final matçı keçirilib.

Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulub.

Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda "Keşlə” və "Qəbələ” qarşılaşıb. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyıb. Oyunda bir qol vurulub və "Keşlə" qələbəni bayram edib. Bununla da Bakı klubu Avropa Liqasına vəsiqə qazanıb, Premyer Liqanın 4-cüsü "Zirə" Avropadan kənarda qalıb. "Qəbələ" isə çempionatın gümüş mükafatçısı olaraq Avropa Liqasına vəsiqə əldə etmişdi.

Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə "Birlik Kuboku”nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul olub. Doğma meydanda nominal qonaq olan "Qəbələ” isə I dəstə çempionluğu sayılmasa, tarixinin ilk titulunu əldə etmək şansını əldən verib.

Azərbaycan kuboku
2017/18 mövsümü
Final

28 may
Keşlə - Qəbələ 1:0
Qol: Pərdis Fərcan-Azad, 71.
Keşlə: 1. Kamran Ağayev (q) (k), 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Pərdis Fərcan-Azad, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 16. Şahin Zəkiyev.
Məşqçi: Sergey Revit.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.

///Fanat.Az

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı