veten informasiya agentliyi

““Qarabağ” “asan yem” deyil” - Daniele de Rossi

Tarix:2-11-2017, 10:50
Baxış Sayı:530

““Qarabağ” “asan yem” deyil” - Daniele de Rossi













"Romada Çempionlar Liqası ilə əlaqədar möhtəşəm futbol gecələrinə tez-tez rast gəlmək mümkün deyil”.

AZTB.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Daniele de Rossi deyib.

"Canavarlar” Çempionlar Liqasının qrup mərhələsinin IV turunda öz meydanında "Çelsi"ni 3:0 hesabı ilə məğlub edib. Oyun barədə ölkəsinin mətbuatına açıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib.

O, "Çelsi" ilə qarşılaşmada çox vacib qələbə qazandıqlarını vurğulayıb: "Çox vaxt qapımızdan qol buraxırıq. "Çelsi" ilə oyunda rəqibin fərqlənməsinə imkan vermədik. Azarkeşlərimiz qrup lideri olacağımıza inanırdı. Bu pilləni əldən verməməliyik".

Rossi qrupdakı son iki oyun haqda danışıb: "Bəli, bizim qarşıda 2 çətin oyunumuz var. Evdə qəbul edəcəyimiz ""Qarabağ” göstərdi ki, asan rəqib, "asan yem” deyil. Əvvəlki illərdə ciddi rəqiblərlə oyunda müdafiəyəmeyilli oynayırdıq. İndisə daha aqressiv təsir bağışlayırıq. Bu, irəli atılan addımdır".

Qeyd edək ki, "Qarabağ" IV turda səfərdə "Atletiko" ilə heç-heçə (1:1) edib.

Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb
Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb
Axtarışda olan şəxs saxlanılıb
Axtarışda olan şəxs saxlanılıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva: Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva: Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Uşaq travmatizminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT