veten informasiya agentliyi

APOEL-in baş məşqçisi: “Öz evimizdə “Qarabağ”ı məğlub edəcəyik” – FOTO

Tarix:25-10-2019, 10:39
Baxış Sayı:695

APOEL-in baş məşqçisi: “Öz evimizdə “Qarabağ”ı məğlub edəcəyik” – FOTO

“Hər iki komanda güclü idi. Çox gərgin oyun oldu. “Qarabağ” ən son oynadığımız matça nisbətən yaxşı oyun sərgilədi. Komandamın ruhuna görə çox sevindim. Hər iki tərəf əlindən gələni etdi. İkinci yarıda “Qarabağ” topa daha çox sahib oldu. 0:1 hesabı ilə geridə olsaq da, birinci hissəni 2:1 öndə tamamladıq. Bunu rəqibə belə bir dəstəyin olduğu stadionda etdik. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xala görə razıyam”.

Bu fikirləri Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la Bakıda heç-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis qrupdakı şanslarından da söz açıb: “Bilirik ki, bir xalla qrupdan çıxmaq mümkün deyil. Ancaq evdə “Qarabağ”ı məğlub etdikdən sonra böyük şansımız olacaq. Xallarımızı bərabərləşdirə bilərik. Niyə də qalib gəlməyək? Biz bu gün güclü komandaya qarşı oynadıq. Digər klublar da “Qarabağ”ın yerində xal qazanmaqda çətinlik çəkir. Mən və mənim komandam hər oyuna bir-bir hazırlaşırıq. Bu oyun üçün də belə idi, 3 xal üçün mübarizə apardıq. Amma 1 xalla kifayətləndik. Bizim hələ də qrupdan çıxmaq şansımız qalır. “Qarabağ”la ev matçımız da olacaq. Qələbə qazanacağımızı düşünürük. Növbəti matçlarda hər şey baş verə bilər. Özümüzə inanırıq. Hazırda irəliyə doğru kiçik addım atdıq. Addım-addım hədəfimizə doğru gedirik”.

Almaniyalı məşqçi istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O deyib ki, mətbuatın yazdığı fikirlərlə maraqlanmır: “Komandanın oyunundan çox da razı qalmadım. Kollektivin ruhundan razı qaldım. Çoxlu problemlərimiz var. Futbolçular topu özlərində saxlamağı öyrənməlidirlər. Bu gün sistemi dəyişmişdik. Daha yaxşı oyun sərgilə bilərdik. Əsas məsələ odur ki, komanda ruhu var idi. Qrupa pis başlamışıq, amma mübarizə aparırıq”.

Tomas Doll bu gün daha çox müdafiədən oynamalarına da aydınlıq gətirib: “Bizim komandamızın orta xəttində yaradıcıl çatışmır. Əsas odur ki, kollektiv qələbəyə inanırdı. Yarımmüdafiəçilər öz üzərilərində çalışırlar. Əslində bizim də yaradıcı oyunçularımız var. 5-3-2 sxemi ilə çıxış etdik. Evdəki matçda fərqli çıxış etməyi planlaşdırırıq”.

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM