veten informasiya agentliyi

““Qarabağ” məni təəccübləndirdi”

Tarix:21-08-2019, 10:18
Baxış Sayı:641

““Qarabağ” məni təəccübləndirdi”

Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hili Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, pley-offda “Qarabağ”la qarşılaşacaqlarını öyrənəndə buna təəccübləndiyini bildirib:

“Kiprdə APOEL-ə qalib gələn “Qarabağ”ın doğma meydanda uduzaraq mübarizəni dayandırması məni təəccübləndirdi. Bu komandalar arasındakı oyunları izləyərək özümüz üçün müəyyən nəticələr çıxarmışıq. Artıq “Vindzor Park”da keçirəcəyimiz ilk oyunu səbrsizliklə gözləyirik”.

Hili Azərbaycan millisi ilə bağlı xatirələrini də bölüşüb. Keçmiş hücumçu 2012-ci il dünya çempionatının seçmə mərhələsində Belfastda keçirilən və 1:1 hesabı ilə yekunlaşan Şimali İrlandiya - Azərbaycan oyununda vurduğu qoldan danışıb: “Karyeramda 36-cı və eyni zamanda sonuncu qolu Azərbaycan millisinə vurdum. Ümid edirəm ki, Azərbaycan klubuna qarşı da fərqlənməyi bacaracağıq”.
Avqustun 22-də keçiriləcək “Linfild” - “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Avropa ölkəsi Ermənistandan gələn çayı qadağan etdi: Görün tərkibində nə tapıldı
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
YAP Ağcabədi rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam etdirilir.
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
17 Oktyabr – Füzulinin azadlığa qovuşduğu tarixi gün
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər
XƏBƏRDARLIQ: Qış gözlənilməz ola bilər