veten informasiya agentliyi

Renat Dadaşov: “Növbəti mövsümdə daha güclü futbolçu kimi “Vulverhempton”a qayıda bilərəm”

Tarix:7-08-2019, 10:14
Baxış Sayı:622

Renat Dadaşov: “Növbəti mövsümdə daha güclü futbolçu kimi “Vulverhempton”a qayıda bilərəm”

“Çox xoşbəxtəm və çox həyəcanlıyam. Bu yaxşı bir klubdur və “canavar” olmaq inanılmazdır. Buna görə də burada olduğum üçün çox şadam”.

“Report” xəbər verir ki, bu fikirləri İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton”la 4 illik müqavilə imzalayan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov klubun rəsmi saytına açıqlamasında söyləyib.

Müqavilə imzaladıqdan sonra 1 illik müddətə Portuqaliya Premyer Liqasında yer alan “Pakuş de Ferreyra”ya icarəyə verilən 20 yaşlı hücumçu keçidin necə reallaşdığını söyləyib: “Menecerim zəng edərək klubun mənimlə müqavilə imzalamaq istədiyini dedi. Mən isə “Bu doğrudurmu? Mənimlə zarafat etmirsən ki?” söylədim. O, “Bəli, doğrudur” dedi. Buna görə də qərar vermək asan oldu. Amma indi icarəyə verildiyim kluba gedəcəyəm. Hər şey yaxşı olacaq. Növbəti mövsüm daha güclü futbolçu kimi qayıda bilərəm”.

Dadaşov deyib ki, hər bir oyunçu İngiltərə Premyer Liqasında oynayan komandada olmaq istəyir: “Bu mənim üçün dünyanın ən yaxşı liqasıdır. Komanda çox yaxşı mövsüm keçirib. Hazırda mənim xəyalım gerçəkləşir. İngiltərədə yaşamağın asan olacağını düşünmürəm, amma bir yolunu tapacağam. Çünki getdiyiniz hər yer sizin üçün bir dəyişiklikdir. İngiltərə gözəl bir ölkədir. Burada yaxşı insanlar çoxdur. Buna görə də burada çox problem yaşamayacağımı düşünürəm. Mənim üçün ilk şey həmişə kluba kömək etməkdir. Əlimdən gələn hər bir şeyi – meydanda və meydandan kənarda, hər yerdə etməyə hazıram. Nəzakətli olmağı və qarşıma məqsəd qoymağı bacarıram”.

Renat ailəsinin idmanla bağlı olduğunu vurğulayıb: “Atam su polosu, anam həndbol oynayıb. Bacım isə 16 yaşına qədər futbolla məşğul olub. Qardaşım Rüfət Dadaşov Almaniyanın üçüncü liqasında çıxış edir. Sonuncu dəfə Azərbaycan millisində çıxış edəndə böyük qardaşımla birlikdə kollektivdə idik. Bu mənim üçün ağlasığmaz idi. Çünki ölkəmi qardaşımla birlikdə təmsil etmək həyatımın ən yaxşı hisslərindən biri idi”.

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM