veten informasiya agentliyi

Nurməhəmmədov ultimatum verdi

Tarix:12-10-2018, 11:44
Baxış Sayı:630

Nurməhəmmədov ultimatum verdi














Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov UFC ilə müqaviləni pozmaqla hədələyib.
Oxu.Az- xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə öz Instagram səhifəsində yazıb:
“Niyə siz onların komandası avtobusa hücum edəndə və bir neçə insanı yaralayanda heç kimi qovmadınız. Axı onlar kimisə orda öldürə bilərdi. Niyə heç kim vətənimin, dinimin, millətimin, ailəmin təhqir olunması haqda heç nə danışmır.

Hər iki komanda dalaşdığı halda, niyə siz məhz mənim komandamı cəzalandırmalısınız? Əgər siz deyirsinizsə ki, davanı məş başlamışam, bununla razı deyiləm. Mən sadəcə başlanılanı bitirmişəm.

İstənilən halda, məni cəzalandırın. Burda Zübeyrə Tuxuqovun (onun çeçen sparrinq tərəfdaşı) nə günahı var?

Siz düşünürsünüzsə ki mən susacağam, səhv edirsiniz. Siz Zübeyrənin döyüşlərini təxirə saldınız və onu qovmaq istəyirsiniz. Yalnız ona görə ki o, Konora zərbə vurub. Bu Konorun mənim digər Qardaşımı vurmasından sonra olub. Kamerada hər şey görünür.

Onu da bilin ki, siz də məni onlarla birgə itirirsiniz. Bizdə – Rusiyada özümüzünküləri atmırlar. Mən öz Qardaşıma görə sonadək gedərəm. Siz onu qovmaq qərarına gəlmisinizsə, onda mənə də pozulmuş müqaviləni göndərməyi unutmayın. Əks halda özüm onu pozacağam.

Bir də göndərmədiyiniz qonorarımı unutmamışam. Ola bilər ki, özünüzə götürürsünüz. Yalnız baxın ki, o sizin boğazınızda qalmasın. Biz öz şərəfimizi qorumuşuq və bu ən əsas məsələdir. Qardaşlara görə biz sonadək gedəcəyik”.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir