veten informasiya agentliyi

MN təkzib etdi: Naxçıvan istiqamətində atışma olmayıb (YENİLƏNİB)

Tarix:2-07-2018, 11:40
Baxış Sayı:465

MN təkzib etdi: Naxçıvan istiqamətində atışma olmayıb (YENİLƏNİB)















Azərbaycan Müdafiə Naziriyinin mətbuat xidməti Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində atışma barədə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın yaydığı məlumata münasibət bildirib.

Müdafiə Nazirliyindən virtualaz.org saytına cavab olaraq bildirir ki, Artsrun Ovannisyan özünün sosial şəbəkə hesabında Naxçıvan istiqamətində mühəndis və mövqelərin möhkəmləndirilməsi işləri görən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açılması, bu zaman bir erməni hərbi qulluqçunun "yüngül yaralanması” barədə məlumat yayıb:

"Bununla bağlı bildiririk ki, dövlət sərhədinin Naxçıvan istiqamətində bu gün heç bir atışma qeydə alınmayıb, erməni tərəfinin iddia etdiyinin əksinə olaraq ordumuzun bölmələri mühəndis işlərini davam etdirir və strateji yüksəkliklərdə yerləşən yeni mövqelərini möhkəmləndirir. Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması ilə Azərbaycan tərəfinin heç bir bağlılığı yoxdur. İstisna deyil ki, bu Ermənistan ordusundakı nizamnamədən kənar münasibətlərin növbəti təzahürüdür. Görünür Ermənistan Müdafiə Nazirliyində bu cür məlumat yaymaqla Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun may ayında keçirdiyi uğurlu əməliyyata görə yaranmış pərtlikdən yeni çıxış yolu tapmağa çalışırlar”.

*** 21.10

Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribatının qarşısı alınıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilir ki, atəşkəsin pozulması nəticəsində işğalçı ölkənin müqaviləli hərbçisi 1974-cü il təvəllüdlü Baqdasaryan Vaan Samveloviç yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan faktı təsdiqləyib. O etiraf edib ki, Azərbaycan tərəfi mühəndis istehkam işlərini həyata keçirdiyi üçün Ermənistan ordusu atəş açıb. Cavab atəşi ilə erməni əsgər yaralanıb.

Azərbaycan MN hələlik rəsmi açıqlama yaymayıb.

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM