veten informasiya agentliyi

"BakuBus"un yaydığı video ilə bağlı araşdırma başladı - "O avtomobillər tapılacaq"

Tarix:14-06-2018, 11:35
Baxış Sayı:410

"BakuBus"un yaydığı video ilə bağlı araşdırma başladı - "O avtomobillər tapılacaq"















Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "BakuBus" MMC-nin paytaxtda marşrut avtobusları üçün qəza şəraiti yaradan sürücülərlə əlaqədar yaydığı videokadrlarla bağlı araşdırmalara başlayıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi bildirib ki, "BakuBus" MMC-nin yaydığı həmin videokadrla bağlı dərhal rəhbərliyə məruzə edilib: "Sosial şəbəkələrdə sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan bütün foto və videokadrlarla əlaqədar araşdırmalar aparılır və tədbir görülür: "Həmçinin də bu video ilə bağlı rəhbərliyə müraciət olunub və rəhbərlik məsələnin araşdırılması barədə tapşırıq verib. Hətta, kadrlarda qəza şəraiti yaradan avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanı görsənməsə də, əməkdaşlarımız "Təhlükəsiz şəhər" kameraları ilə əraziləri müəyyən edir və həmin ərazidəki çəkilişlərə baxış keçirməklə avtomobili müəyyən edir".

V.Əsədov deyib ki, həmin kadrda qəza şəraiti yaradan avtomobillər araşdırılaraq tapılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcək.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı