veten informasiya agentliyi

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

Tarix:20-08-2017, 12:23
Baxış Sayı:482

Könül Xasıyevaya qarşı dələduzluq - 70 min manatını aldılar

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:

"Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq”.

Könül Xasıyeva isə bildirib ki, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağına söz verib:

"Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Maşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm. Məni aldadıb, 2 ildir salıb çöllərə. 37 minlik maşınımı 12 minə özü əlimdən alıb. Övladım xəstə, özüm xəstəyəm. Pis gündəyəm. Heç kimin məndən xəbəri yoxdur. Övladım acından ölür.

Xatirə pulumu qaytarmır, üstəlik üstümə adam göndərərək övladımla bağlı məni hədələyirlər. Şikayət ərizəmi geri götürmək üçün təzyiq göstərirlər. Gedib özümü yandırıb öldürəcəyəm. Nədir xalq artistinə bu cür münasibət?!”

K.Xasıyeva deyib ki, pulu verərkən heç bir müqavilə imzalamayıb:

"Lakin əlimdə 56 dənə səs yazısı var. Hamısını vəkilə təqdim etmişəm".

///Qafqazinfo

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb