veten informasiya agentliyi

Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO

Tarix:25-07-2017, 09:41
Baxış Sayı:743

Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO














Sumqayıtda qəribə hadisə baş verib. 11-ci mikrorayon, ev 34, mənzil 68-də yaşayan 1982-ci il təvəllüdlü Əliyeva Bülbül həyat yoldaşını və 3 övladını qoyaraq evi tərk edib.

Bu barədə qadının həyat yoldaşı Bəhruz Əliyev Xeberle-yə məlumat verib.

O bildirib ki, həyat yoldaşı Bülbül 7 iyulda həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: "Evdə sənədlərə baxdım, gördüm ki, şəxsiyyət vəsiqəsi evdədir, amma xarici pasportunu götürüb gedib. Bizim rəsmi nikahımız var. 15 ildir ailə həyatı qurmuşuq, aramızda indiyədək heç bir ciddi ailə münaqişəsi baş verməyib”.

B. Əliyev həyat yoldaşı ilə həmin müddətdən sonra heç bir əlaqə yarada bilmədiklərindən Bülbülün yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Aidiyyəti qurumlardan isə ona araşdırma aparıldığı deyilib.

Bəhruz deyir ki, tanışları vasitəsilə araşdırma aparıb və müəyyən edib ki, həyat yoldaşı həmin gün Bakı vaxtilə saat 14:38-də Azərbaycanı tərk edib və hazırda Ankaradadır. O, hətta Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət edib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı