veten informasiya agentliyi

119 uşaq su filtrlərinə görə zəhərlənib? - “Azərsu”dan açıqlama

Tarix:11-06-2017, 11:37
Baxış Sayı:578

119 uşaq su filtrlərinə görə zəhərlənib? - “Azərsu”dan açıqlama

















"Su filtrləri satan biznes qurumları primitiv təcrübə nümayiş etdirib əhalini aldadır”

Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O, Azərsu ASC-ni özünün anti-reklamına biganə qalmaqda da suçlayıb: "Su filtrləri satan şirkətlər əhaliyə filtrlərdən keçirilmiş suyun bulaq suyundan fərqlənmədiyini deyirlər.

Həmin qurğular 1400 manata satılır. Bir müddət sonra filtrdən keçirilmiş sudan içən insanların səhhətində narahatlıq yaranır. Filtrləri geri qaytarmağa isə şirkət razılaşmır.

Şirkətin əməkdaşları Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanununun tələblərini pozurlar. "Azərsu” bu anti-reklama biganə qalır”.

Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurumun rəsmi mövqeyi neçə illərdir mətbuat vasitəsilə ictimaiyyətə çatdırılır: "Əhaliyə verilən su standartlara tam uyğundur və buna tam məsuliyyət daşıyırıq. Amma su filtrləri satanlara qarşı mübarizəni müvafiq qurumlar - istehlakçı hüququnu qoruyan, məhsulun keyfiyyət sertifikatına nəzarət edən qurumlar və ictimai təşkilatlar aparmalıdır”.

Xatırladaq ki, son 3 gündə Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Sumqayıtın Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər. (Teleqraf.com)

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM