veten informasiya agentliyi

Telefonunuza belə mesaj gələrkən diqqətli olun! - Dələduzların oyununa aldanmayın - VİDEO

Tarix:22-04-2017, 11:19
Baxış Sayı:751

Telefonunuza belə mesaj gələrkən diqqətli olun! - Dələduzların oyununa aldanmayın - VİDEO
















Son vaxtlar mobil telefon dələduzlarının sayı artıb. Söhbət vətəndaşları aldadaraq guya onların balansına vəsait yükləndiyini deyib və vəsaiti geri yükləməyi xahiş edənlərdən gedir.

Xezerxeber.az məlumat verir ki, əvvəl tanımadığınz bir nömrədən sizin balansınıza hər hansı bir məbləğin yüklənməsi ilə bağlı mesaj gəlir. Sonra isə bir nəfər zəng edərək səhvən sizin balansınıza pul yüklədiyini deyib pulu qaytarmağı xahiş edir. Əslində isə heç bir pul filan yüklənmir. Son vaxtlar bu cür dələduzluq hallarının sayı artıb. Bunun fırıldaq olduğu üzə çıxandan sonra isə nömrənin sahibi telefonu söndürüb və zənglərə cavab verməyib. Burada əsas diqqət yetirilməli məqam odur ki, əgər balansınıza məbləğ yüklənirsə, gələn mesaj hansısa bir şəxsdən yox, mobil operatorlardan gəlməlidir. Digər tərəfdən, dərhal balansınızı yoxlayaraq bunun fırıldaq olub-olmadığını da müəyyənləşdirə bilərsiz. Dələduzluğun qurbanı olan şəxslər isə öz hüquqlarını bərpa edə bilər. Çünki həmin əməli törətmiş şəxslər barəsində qanunvericilikdə məsuliyyət nəzərdə tutulur. Əgər dəymiş zərər 100 manatdan artıq olarsa, bu zaman bunu törədən şəxsi 100 manatdan 700 manatdək cərimə, yaxud 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq