veten informasiya agentliyi

Apteklərdə hələ də maska tapılmır — VİDEO

Tarix:5-03-2020, 10:22
Baxış Sayı:508

Apteklərdə hələ də maska tapılmır — VİDEO


Son günlər ən çox müzakirə edilən mövzulardan biri də apteklərdə maskanın baha satılması və ya ümumiyyətlə tapılmamasıdır. Ölkə başçısı ötən gün Goranboy rayonunda çıxışı zamanı ölkəmizdə tibbi maska ehtiyyatının kifayət qədər olduğunu, suniqıtlığının isəbəzi möhtəkirlər tərəfindən yaradıldığını və bunu edənlərin də ən sərt formada cəzalandırılacağını bildirdi. Paytaxtdakı apteklərdə tibbi maska ilə bağlı sorğu keçirilib və məlum olub ki, əksər apteklərdə maska satılmır. Aptekləri dərmanla təmin edən şirkətlər isə apteklərə hər gün maska verildiyini bildirir.

Xəzər Xəbər" xəbər verir ki, koronavirusla mübarizə çərçivəsində hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tibbi maskanın xəstə şəxslər və həkimlər tərəfindən istifadəsi tövsiyyə edilsə də suni şəkildə yaradılan ajiotajdan sonra apteklərdə maska tapılmadı və ya qiyməti bir neçə dəfə artdı. Çox təəssüfki hələ də bir çox apteklərdə maska tapılmır.

Paytaxt sakinlərinin sözlərinə görə, hazırda maska tapmaq üçün gərək bir neçə aptekə girəsən.

Sorğumuz göstərdi ki, paytaxtdakı cəmi bir neçə aptekdə tibbi maska tapmaq olur, həm də ucuz qiymətə.

Aptekləri dərmanlarla təmin edən böyük şirkətlərdən birinin direktoru Əzizə Baxşıyevanın XəzərXəbər-ə verdiyi məlumata görə, hazırda anbarlarında kifayət qədər tibbi maska var. Onların nəzarətində olan apteklərə gündəlik təlbata uyğun 1-3 qutu maska verilir. Üstəlik maskanın 20 qəpikdən baha olmadan satılması tələbi qoyulub. Buna baxamayarq tövsiyyə edilib ki, maska limitlə satılsın. Çünki ölkədə maskadan istifadə edənlərin sayı az olduğu halda bəzi apteklərdə əssasız şəkildə maska həddindən artıq tez bitir. Bu isə onu göstərir ki, hələ də vəziyyətdən sui istifadə edənlər var.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı