veten informasiya agentliyi

Anamın dayısı qızı koronavirusdan vəfat edib — “Whatsapp”da gələn ŞOK mesajlar – VİDEO

Tarix:5-02-2020, 14:30
Baxış Sayı:548

Anamın dayısı qızı koronavirusdan vəfat edib — “Whatsapp”da gələn ŞOK mesajlar – VİDEO


“Bu qadını hamınız paylaşın. Bu qadının şəklini qrupda paylaşıblar, uşaq oğurlayır”. “Hamıya deyin ki, xəstəxanalarda hər şey pulsuzdur, şəxsiyyət vəsiqələrini götürüb gəlsinlər”. “Bu gün xoşagəlməz bir hadisə olub, anamın dayısı qızı koronavirusdan vəfat edib”.
Bu siyahını uzatmaq da olar. Son vaxtlar bu cür "Whatsapp" şaiyələri tez-tez yayılır. Sonradan dövlət qurumları tərəfindən təkzib edilsə də, insanlar arasında sürətlə yayılan belə dezinformasiyalar təşviş yaradır.

Məsələnin əhəmiyyətini nəzərə alaraq ARB TV-nin “Günə doğru” verilişi maraqlı sujet hazırlayıb.

Sakin: “Kimsə yazır, atır dostuna ki, 10 nəfərə göndər. O da göndərir. Belə də yayılır da. Amma inanmırıq, boş söhbətlərdir”.

Amma çox təəssüf ki, inanıb, bu xəbərin təsir altına düşənlər də az olmur.

Təhminə Çələbi – Psixoloq: “Sonunda insan həyatını sona gətirən bir şey, ölüm xəbərləri seçilir. Ölüm, qəza yəni ki, sizin heç bir şeydən xəbəriniz yoxdur. Hazırda sizi bir təhlükə gözləyir. Bu tip xəbərlər eşitdikdə əgər insanlarda biraz psixoloji sarsıntı, zəiflik varsa, bu kimi xəbərlər gərginliklər yarada bilər, ölüm qorxusu çoxala bilər və insanlarda panik ataklar olar”.

Rəşad Əliyev – Ekspert: “Hər hansı bir xəbərə gəldikdə, bu insanların zəifliyindən istifadə edərək, aktual mövzunu götürürlər. Onun əsasında yayırlar. Məlumatlar çox vaxt dostdan-dosta, şəbəkə prinsipi ilə paylaşılmış olur”.
Çox vaxt belə məlumatların kim hərəfindən göndərilməsi də məlum olmur. Birdən tanımadığın nömrədən sizə təşviş dolu mesaj göndərilə bilər.

Rəşad Əliyev - Ekspert: “Yüklə gör telefonda dostlarının adı nədir. Bu tipli proqramlar var ki, onları yükləyərkən, telefon nömrənizi 3-cü resursa verirsiz. Həmin o resurslar da nömrələri istifadə edirlər”.

Kiminsə və yaxud hansısa hadisə barədə bilərəkdən yalan məlumatvermə cinayət məsuliyyəti yaradır.

Tahir Əliyev – Hüquqşünas: “Bu hal mülki qaydada şərəf və ləyaqətin müdafiəsi ilə bağı məhkəməyə iddia ərizəsinin verilməsi üçün əsas yaradır. O cümlədən yalan olduğunu bilə-bilə məlumat verilməsi cinayət məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət yaradır”.

Əgər yalan xəbəri yayan müəyyənləşərsə, onu 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?