veten informasiya agentliyi

Deputat oğlunun saxlanılmasından danışdı - "...hadisə vergi əməkdaşları ilə deyil, turistlərlə olub"

Tarix:19-08-2019, 15:00
Baxış Sayı:556

Deputat oğlunun saxlanılmasından danışdı - "...hadisə vergi əməkdaşları ilə deyil, turistlərlə olub"

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.
11:13

Deputat İqbal Məmmədov oğlunun və sahibi olduğu "Relax" istirahət mərkəzinin altı əməkdaşının saxlanılması ilə bağlı "Ölkə.Az"-a danışıb.

Saxlanma faktını təsdiqləyən deputat bildirib ki, hadisə vergi əməkdaşları ilə deyil, turistlərlə olub:

"Vergi əməkdaşları ilə deyil, turistlərlə bizim işçilər arasında anlaşılmazlıq yaranıb. Hazırda vergi işçiləri "Relax"da yoxlamaları davam etdirirlər".

10:45

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.

Ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.(APA)

Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
Azərbaycanın AQEM-ə sədrliyi beynəlxalq etimadın bariz nümunəsidir
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Azərbaycan Mətbuat Şurasından xəbərdarlıq!
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Makron üçün gerisayım başladı: Fransada sərt siyasi mübarizə yaxınlaşır
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırıldı
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Rusiya ordusunda yeni bölmələr yaradılacaq: 2019-cu ildən bəri sınaqdan keçirilir
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?
Ölkənin dağılmasına imkan verməyəcəm - Tramp nədən narahatdır?