veten informasiya agentliyi

Yasamalda corab qurutmaq istəyən şəxs aləmi bir-birinə vurdu — VİDEO

Tarix:29-04-2019, 13:05
Baxış Sayı:427

Yasamalda corab qurutmaq istəyən şəxs aləmi bir-birinə vurdu — VİDEO















Bakıda bir mənzilin tüstüləməsi qonşuları ciddi təşvişə salıb.
ONA verdiyi xəbərə görə, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Əraziyə dərhal yanğından mühafizə bölmələri, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qonşular yanan mənzilin sahibinin evdə olduğunu bildiriblər. Dərhal xilasetmə əməliyyatına başlanılıb. Tüstülənmə müşahidə olunan evin sahibi çağırışlara cavab vermədiyindən mənzilin qapısı xüsusi alətlərlə açılıb.

Yanğının kəşfiyyatı zamanı evdə bir nəfər aşkar edilib. Həmin şəxs mənzildən çıxarılan zaman ayılıb. Məlum olub ki, ev sahibi tüstüdən zəhərlənməyib, sadəcə dərin yuxuya getdiyindən evin yanmasından xəbərsiz olub. Hətta qapının sındırılması və ətrafdakı səs-küy də onu yuxudan oyatmayıb. Mənzildən çıxarılan şəxs xilas edildiyinə görə təşəkkür etmək əvəzinə, mənzilinin qapısının sındırılmasını əsas gətirərək, hər kəsi məhkəmə ilə hədələyib. O, hətta ONA-nın hadisə yerində olan əməkdaşlarının peşə fəaliyyətinə də müqavimət göstərərək mane olmağa çalışıb.
Baş vermiş yanğının səbəbinə gəlincə, məlum olub ki, ev sahibi yuduğu corabları qurutmaq üçün bir qazana, qazanı da qızdırıcının üstünə qoyub. Özü isə bu vaxt yuxuya gedib. Qızdırıcının üstündə qalan corablar sonradan yanaraq güclü tüstülənməyə səbəb olub.

Baş vermiş hadisə ilə bağlı ev sahibinin izahatı alınıb. Onun 1969-cu il təvəllüdlü İmanov Nəriman İsa oğlu olduğu, həmin mənzildə isə kirayədə yaşadığı müəyyənləşib. Hadisə vaxtı isə o, sərxoş vəziyyətdə olub.

Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
Azərbaycanda payız yay havasına döndü
Azərbaycanda payız yay havasına döndü
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsindən 6 il ötür
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Əhali azaldığı üçün 145 məktəb bağlanacaq: 2040-cı ilədək...
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?
Xırdalanda evi olanlar üçün vacib açıqlama: Qarşıdakı illərdə nə gözlənilir?