veten informasiya agentliyi

“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdı: “Bizi insan yerinə qoymurlar” – VİDEO

Tarix:17-11-2018, 11:21
Baxış Sayı:363

“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdı: “Bizi insan yerinə qoymurlar” – VİDEO














I Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və azərbaycanlıları öz yurdlarından qovmasından sonra Bakını tərk edən ermənilər İrəvanda hökumətə qarşı etirazlara başlayıb.

Publika.az xəbər verir ki, Ermənistanda “Azərbaycandan gəlmələr” adı ilə tanınan ermənilər hökumət binası önündə etiraz aksiyası keçirib.

“Azərbaycandan gəlmələr” iqtisadi inkişaf nazirinin birinci müavini Vaçe Terteryanın onların evlə təmin edilməsi məsələsinə mənfi cavab verməsinə etiraz edirlər.

V. Terteryan bildirib ki, “2019-cu il dövlət büdcəsinə qaçqınlıarın mənzil məsələsi daxil edilməyib”.

Etirazçılar “Ermənistanda illərdir yaşayırıq, amma evsizik. Serj Sarkisyanın dövründə bilirdik ki, bizi saymırlar. İndi hakimiyyət dəyişib, biz haqqımızı tələb edirik. Bizi niyə “Azərbaycandan gəlmə” adlandırırlar. Biz Azərbaycanda aşağı təbəqə sayılmırdıq, amma bu gün Ermənistanda üçüncü, dördüncü söz insanı sayılırıq, bizi aşağılayırlar” deyə bildirirlər.

“Azərbaycandan gəlmə” olan bir qadın Ermənistan pasportunu göstərərək, “İstəyirik ki, bizi qaçqın, “Azərbaycandan gəlmə” adlandırmasınlar, nə üçün bizim uşaqlar məktəbdə utanmalıdır?!” deyə etiraz edir.

Etirazçılara yaxın günlərdə onların probleminin ətraflı öyrəniləcəyi vədi verilib. Lakin etirazçılar illərdir əziyyət çəkdiklərini deyir və artıq vədlərə inanmadıqlarını bildirirlər.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı