veten informasiya agentliyi

Xəzərdəki faciə ilə bağlı şok ittiham: "O estakadalar ömrünü çoxdan başa vurub"

Tarix:15-12-2016, 12:33
Baxış Sayı:586

Xəzərdəki faciə ilə bağlı şok ittiham: "O estakadalar ömrünü çoxdan başa vurub"

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bu gün Xəzərdə 10 neftçinin qəzaya düşməsi ilə bağlı maraqlı məlumat paylaşıb.

Mütəxəssis sosial şəbəkədəki səhifəsində qəzanın baş verdiyi Nərimanov NQÇİ-də işlərin necə aparıldığını yazıb.

Onun sözlərinə görə, Nərimanov NQÇİ hasilatı platformalar üzərindən həyata keçirmir, yataqlar dənizin dayaz hissəsində yerləşdiyi (10-30 metr) üçün onların istismarı estakada üsulu və qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir: "Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər. Təyyarə ilə Bakıya gələnlər isə çox zaman məhz Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər. Görünür ki, onların nə qədəri artıq ömrünü başa vurub. Əlbəttə, 40-50 il istismarda olub və laylardan karbohidrohen ehtiyatları çıxartdıqdan sonra ömürlərini başa vurublar. Sovet zamanı ekologiyaya ümumiyyətlə heç fikir vermirdilər və heç maddə də yox idi ki, bu meydançaları, estakadaları sonra ləğv etsinlər”. Ekspert hazırda SOCAR-ın bazasında olan qurğular barədə də yazıb: "SOCAR-ın balansında hazırda olan bu qurğuların vəziyyətinə gəlincə isə onların yararlığına dair hər il müvafiq dövlət orqanları rəy verirlər. Necə ki, avtomobilin idarə edilməsi üçün "texosmotr" deyilən bir vacib sənədləşmə prosedurundan keçmək vacibdir”.

Neftçilərin hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı isə yazıb: "Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox, birbaşa təhlükəsiz istismar sorğulanmalıdır: Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək?"

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib