veten informasiya agentliyi

Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı

Tarix:26-02-2017, 11:39
Baxış Sayı:870

Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı açıqlama yaydı

















Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.

XİN-dən daxil olan açıqlamada deyilir: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə mövqelərimizə soxulmağa, Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərib.

Cəbhədə vəziyyətin gərginləşdirilməsi və hərbi təxribatların törədilməsi Ermənistanın 20 fevral tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qanunsuz "referendum” kimi siyasi təxribatlarının davamıdır.

Ermənistanın siyasi və hərbi təxribatları vəziyyəti qəsdən gərginləşdirərək münaqişənin substantiv danışıqlar yolu ilə həllinə imkan verməmək, Xocalı soyqrımının 25 illiyi ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın bu soyqırıma görə daşıdığı məsuliyyətdən yayındırmaq və Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsi Ermənistanın hakim rejiminin itirilmiş sosial bazasını və mövqeyini gücləndirmək məqsədi daşıyır.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir. Keçən ilin aprel ayında baş vermiş hadisələr bir daha sübut etdi. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı və onun dəyişdirilməli olduğunu dəfələrlə bəyan ediblər.

Vəziyyətin gərginləşməsinin qarşısını almaq, status-kvonu dəyişmək və regionda davamlı sülhü təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmalıdır.

Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı Ermənistandır və buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı