veten informasiya agentliyi

Yasamal icra şöbəsinin işçilərindən narazılıq - ŞİKAYƏT VAR

Tarix:17-02-2017, 13:47
Baxış Sayı:597

Yasamal icra şöbəsinin işçilərindən narazılıq - ŞİKAYƏT VAR

Azərbaycanda daha bir icra hərəkətindən şikayət var. AFN-ə danışan Bakı sakini Sofiyeva Təranə Yasamal rayon icra şöbəsi əməkdaşlarının icra zamanı yol verdikləri pozuntular haqda məlumat verib.

Onun sözlərinə görə, “qara rieltor” fəaliyyətilə üzləşib və nəticədə evi əlindən çıxıb: “2011-ci ildə götürdüyümüz faizin əvəzində həyat yoldaşım məndən xəbərsiz, daha doğrusu, məni aldadıb sənədə imza etdirərək evimizə dair alqı-satqı müqaviləsi bağlayıb. Müqavilə faiz verən şəxslə, yəni Bakı sakini Rəşidov Rövşənlə imzalanıb. Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov 51/53, mənzil 22-də yerləşən evimizin real dəyərindən iki dəfə ucuz qiymətə bağlanan müqavilə guya rəsmiyyət baxımından bağlanıb. Biz bir neçə il götürdüyümüzdən iki dəfə çox faiz ödədikdən sonra yoldaşım R.Rəşidova götürdüyümüz borcu qaytarıb evimizi geri almağı təklif edib. Lakin o bildirib ki, faizə verdiyi pul iki dəfə artıb, onun ikiqatını verməsək mənzilimizi geri qaytarmayacağını deyib. Təbii ki, bizim buna imkanımız çatmadı və nəticədə o bizi məhkəməyə verdi. Məhkəmələrdə onun qanunsuz faiz verməklə məşğul olduğunu, onlarla vətəndaşı eynilə bizim durumumuza salıb mənzilini əlindən aldığını sübut edən çoxlu sayda fakt qoyulsa da, hansısa səbəblərdən sonda onun xeyrinə qərarlar çıxarıldı. Mən eyni zamanda Ali Məhkəməyə müraciət edərək yoldaşımın məndən xəbərsiz mənzilimizlə bağlı alqı-satqı müqaviləsi bağladığını, bu baxımdan işə yenidən baxılmalı olduğunu bildirdim. İş icraata götürüldü, lakin Yasamal rayon icra şöbəsi iş üzrə məhkəmə baxışının olduğunu nəzərə almadan icranı reallaşdırdı. Fevralın 12-də günün sonunda, iş günü bitəndən sonra gəlib biz evdə olmadığımız halda mənzilimizin qapısını sındıraraq giriblər. Heç bir hal şahidi, qarşı tərəfin nümayəndəsi, qonşular iştirak etmədən evimizin əşyalarını daşıyıb həyətə tökürdülər. Biz gəlib çatanda gördük ki, əşyalarımızla çox ehtiyatsız davranırlar, kefləri istəyəni sındırırlar, yağışın, qarın altına yığırlar hər şeyi. Bundan çox təsirləndim və təzyiqim qalxdı, böyük stresslə təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirildim. Hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş “Semaşko”) müalicə alıram, icra da hələlik dayanıb”.

T.Sofiyeva deyir ki, bütün qeyd edilənlər azmış kimi, ittihamçı tərəf, yəni onlara faiz verən və mənzillərini əllərindən alan R.Rəşidov bu gün xəstəxanaya gələrək müəssisə rəhbərliyinə onun orada yalandan saxlandığını deyib: “Guya mən xəstə deyiləm, yalandan xəstəxanada yatıram ki, icra geciksin. İcra onsuz da başlayıb, qanunsuz da olsa reallaşdırılır, mənim gecikdirməmdən nə çıxasıdı? Əşyalarım bayıra tökülüb, avadanlıqlarımın bir çoxu sındırılıb. Bunlarn hamısının foto və video çəkilişləri var. Mənim şikayətim üzrə Ali Məhkəmə də işi icraata götürüb, martın 28-də baxış olmalıdır, hakim Mehparə Əhmədovanın sədrliyi ilə, amma Yasamal rayon icra şöbəsi hansısa səbəbdən məhkəmə başa çatmamış icranı reallaşdırmaqda israrlıdır. Mən nə olur-olsun, martacan gözləyəcəm, çox ümid edirəm ki, Ali Məhkəmə mənim şikayətimi nəzərə alaraq işi yenidən baxışa qaytaracaq. Əgər bu baş verməsə mən öz hüquqlarımın Avropa Məhkəməsində bərpasına çalışacam. Bilirsiniz ki, Avropa Məhkəməsində mülkiyyət hüquqları daha ciddi qorunur. R.Rəşidovun bağladığı bütün saxta müqavilələrin surətini əldə etmişik. Sıradan bir vətəndaş da baxsa görər ki, o müqavilələr saxtadır, heç kim evini 2-3 dəfə ucuz qiymətə satmaz. Üstəlik, necə olur onlarla adam bir nəfərə qarşı eyni iddia ilə çıxış edir? R.Rəşidov paytaxtda bu qədər mənzili nə ilə alıb? Təəssüf ki, heç bir instansiya məhkəməsində bu suallara cavab axtarılmadı”.

Yasamal rayon icra şöbəsilə bağlı deyilənlərə aydınlıq gətirmək üçün şöbənin müdiri Pərviz Zəkəriyyəyevlə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.

Qeyd edək ki, R.Rəşidovun sələmçilik olayları ilə bağlı ötən günlərdə saytımızda geniş yazı dərc edilib. Bir qrup Bakı sakini AFN-ə müraciət edərək “qara rieltor”un qurbanı olmaları, icra məmurları tərəfindən haqsızlıqla üzləşmələri haqda bildirmişdilər. Müraciətlərdə Rəşidov Rövşən Baba oğlu tərəfindən aldadıldıqlarını iddia edən sakinlər adıçəkilən şəxsin faizə pul verərək qazanc götürdüyünü, bunu isə qanunsuz edərək külli miqdarda vəsaiti vergidən yayındırdığını bildirirlər. Eyni zamanda şikayətçilər R.Rəşidovun hansısa gözəgörünməz qüvvə tərəfinfən himayə edildiyini, onunla bağlı hüquq-mühafizə orqanlarına edilən müraciətlərin araşdırılmadığını, hətta məhkəmələrdə belə onun mənafeyinə uyğun qərarlar çıxarıldığını iddia edirlər. Həmin yazı ilə aşağıdakı linkdə tanış ola bilərsiz:

Bakıda şok sələmçilik olayları

Yasamal icra şöbəsinin işçilərindən narazılıq - ŞİKAYƏT VAR

Yasamal icra şöbəsinin işçilərindən narazılıq - ŞİKAYƏT VAR

Yasamal icra şöbəsinin işçilərindən narazılıq - ŞİKAYƏT VAR

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib