veten informasiya agentliyi

Ağstafa şəhər 2 saylı məktəbində təhsilin inkişafı

Tarix:16-02-2017, 12:49
Baxış Sayı:985

Ağstafa şəhər 2 saylı məktəbində təhsilin inkişafı

Həqiqətəndə Azərbaycan qadını tarix boyu həmişə öz ağlı və zəkası, ismət və fədakarlıqı, çalışqanlıqı və mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və xalqımızın milli adət-ənənələri, milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır.
Zaman keçdikcə əsrlər boyu sürətlə mariflənən qadınlarımız, milli dəyərlərə sadiq qalmış, ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Dövlətimizin hər tərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınları milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, elm və təhsil, səhiyyə ve mədəniyyət, həmçinin digər sahələrdə qazandıqları uğurlar ilə böyük nüfuz qazanmışlar.

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur.Müdriklər demişkən,”xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığına vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, mehriban, bacarıqlı, yüksək biliyə malik olan, öz işinin öhdəsindən layiqincə gələn Ağstafa rayon 2 saylı tam orta məktəbin drektoru Vəfa Tağıyevadır.

Məktəbdə olduğumuz zaman müşahidə etdik ki, kollektivdə möhkəm, qarşılıqlı hörmət, nizam-intizam hökm sürür, müəllim-şagird-valideyn münasibəti yüksək səviyyə də qurulub. Bunun da başlıca səbəbi məktəbə Vəfa müəllimə kimi təcrübəli pedaqoq və bacarıqlı təşkilatçı rəhbərlik edir.

Ağstafa rayon 2 saylı tam orta məktəbin drektoru Vəfa Tağıyeva - Ağstafa şəhər A. Abdullayev adına 2 saylı tam orta məktəbi 1972-ci ildə tikilib. 2007-ci ildə əsaslı təmir edilib. Məktəb 38 sinif otağı, 3 labaratoriya, kitabxana, idman zalı, yeməkxana, informatika kabineti, hərbi hazırlıq kabineti və akt zalından ibarətdir. Məktəbdə 970 şagird təhsil alır. Məktəbdə Azərbaycan və Rus bölməsi fəaliyyət göstərir.
Tədris ilində 71 məzun məktəbi bitirib. 4 məzun 600 baldan, 3 məzun 500 baldan yüksək nəticə göstərib.Ümumilikdə 26 məzun tələbə adını qazanıb.

Biz də mətbuat işçiləri olaraq ona işlərində yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq!

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib