veten informasiya agentliyi

“Küçədə qalmışıq, kömək edən yoxdur” - Ağdamın icra başçısından şikayət

Tarix:9-02-2017, 11:10
Baxış Sayı:827

Ağadam rayonundan məcburi köçkün olan Abbasova Rəfiqə Salman qızı ailəsinin açınacaqlı durumu ilə bağlı Azinforum.az-a videomüsahibə verib. Şikayətçi bildirir ki, 1993-cü ildə Ağdamın Gülablı kəndindən qaçqın düşüblər. Ailə başçısını itirən xanım şikayətçi bildirir ki, həmin dövrdən indiyə kimi 8 nəfər ailə üzvü ilə kirayələrdə yaşamağa məcburdurlar. Nə qədər qəribə olsa da, bu 24 il ərzində onlara qaçqınlar üçün ayrılan evlərdən heç nə düşməyib. Rəfiqə Abbasova bildirir ki, son illər icra başçısı Raqub Məmmədovun tapşırığına əsasən o boş olan başqa bir qaçqının evinə kirayəşin kimi yerləşdirilib:
“Kirayə pulunu da icra başçısının göstərişinə əsasən “sovet sədri” Elmir ödəyirdi. Mənə söz verilmişdi ki, tikintisi başa çatacaq şəhərcikdən ailəmizə nəyin bahasına olursa-olsun ev veriləcək. Ancaq bu olmadı və Elmir müəllim mənə dedi ki, kirayə pulunu da ödəyə bilməyəcək. Mən dəfələrlə icra başçısı Raqub Məmədovun, yerli “qaçqınkomun” qəbulunda olmuşam heç biri mənə kömək etmir. Ölkə başçısı cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edirək bildirmək istəyirəm ki, qaçqın şəhərciyində olan evlərin böyük əksəriyyəti ehtiyacı olmayan ailələrə verilir. Onların çoxunda hazırda yaşayış belə yoxdur. Bizim kimi, evə ehtiyacı olan böyük ailə isə 24 ildir küçələrdə sərgərdan qalıb. Cənab Prezident! Əminəm ki, sizin bu özbaşınalıqdan xəbəriniz yoxdur. Artıq dərəcədə xahiş edirəm ki, ailəmizin evlə təmin olunmasına köməklik göstərəsiniz”.
Azinforum.az ağdamlı qaçqınla olan müsahibəni və həmin rayonun ərazisində olan şəhərcikdəki yaşayış olmayan evlərə dair videomaterialı təqdim edir.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.




Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Meşədən meyvə yığmaq hansı hallarda qadağandır? - ŞOK CƏRİMƏLƏR
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Erməni şairin heykəli götürüldü, yol açılır - Bu kəndin qaytarılmasına hazırlıq gedir
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda Bal Yarmarkası başlayır
Bakıda Bal Yarmarkası başlayır
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Qazaxıstan bu meyvənin ölkəyə gətirilməsini qadağan etdi
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı