veten informasiya agentliyi

DSMF-nin Gədəbəy şöbəsində yeni soyğunçuluq - Müdhiş faktlar

Tarix:6-02-2017, 10:28
Baxış Sayı:612

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsində baş verən kütləvi “saxta staj” əməliyyatları barədə yeni məlumatlar meydana çıxıb

Şöbənin işçilərində nazirlikdən gələn yoxlamanın “yola salınması” üçün külli miqdarda pul yığılması ilə bağlı bir qədər əvvəl məlumat vermişdik.

Ötən bir ay ərzində “yoxlama” “ciddi” nöqsan tapmadan yola salınıb.

Qeyd etdiyımız “saxta staj” əməliyyatları isə “makler”lər vasitəsilə daha intensiv şəkildə davam etməkdədir. Soruşula bilər ki, yoxlama nöqsan tapmadısa, saxtakarlıq nədədir?

Məsələ ondadır ki, DSMF rayon şöbəsində yoxlama nə qədər başdansovdu aparılsa da, yoxlama aparanlar kifayət qədər nöqsan aşkar ediblər.

Belə ki, yoxlama aparanlar şöbə tərəfindən yüzlərlə saxta pensiya işi tərtib olunduğunu üzə çıxarıblar. Amma bu işlər ləğv olunmayıb.

İddialara görə, şöbədə yoxlama aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri bu qanunsuz işləri “pullu” iş kimi şöbənin müdiri Məsud Məmmədova hədiyyə ediblər.

M.Məmmədov da sayı yüzlərlə olan bu işlərin pulunu dayandıraraq “rivizor dayandırıb” bəhanəsi ilə həmin pensiyaçılardan 300-500 manat civarında alıb, yenidən pensiya kartlarını aktiv etdirir.

Politika.Az-a verilən məlumata görə, onun bu əməllərindən Nazirlik xəbərsiz deyil, əksinə təmənnalıdır. Belə olmasaydı M.Məmmədov Nazirliyin adından istifadə etməyə risk etməzdi.

Gədəbəy sakinləri yazırlar: “Biz yenə də üzümüzü nazir cənab Səlim Müslümova tuturuq. Hörmətli nazir, büdcə vəsaitinə qənaət etmək üçün qadınların pensiya yaşını qaldırmaqdansa, pensiyaların məbləğini azaltmaqdansa, yaxşı olar ki, bu cür maxinasiyaların qarşısını alasınız.

Yeni qəbul edilən qanunlar da, bu cür saxtakarlıqlarla müşayiət olunacaqsa heç bir qənaətə nail olunmayacaq. Yalnız dövlətin və dövlət başçısının nüfuzuna xələl gələcək”.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib