veten informasiya agentliyi

Təcili: Quba və Göyçayda pensiya-müavinətlər verilmir, nisyə dəftəri dolur

Tarix:1-02-2017, 09:47
Baxış Sayı:614

Bölgələr təzədən qaynayır. Yeni ilin ilk ayı qaynar keçdi və fevralda sosial problemlərlə bağlı tələblər daha da artmaqdadır

Rayonlarda maaş və pensiyaları, sosial müavinətlərin ödənilməsində əngəllər var.

Məsələn, Göyçay rayonu Məlikkənd sakini, Qarabağ müharibəsi veteranı Abdullayev Məcid Məhəmməd oğlu dövlət tərəfindən ona ayrılmış aylıq 50 manat müavinəti ala bilməməsindən şikayətlənir.

Hər ayın ilk on günlüyündə hesablarına yatırılan bu pul 2016-cı ilin dekabr ayının əvvəlində bankomata, veteranına hesabına keçirilməli olan vəsaitdən hələ də xəbər yoxdur. Göyçaydakı Qarabağ müharibəsi veterenlarının çoxu müavinətlərini ala bilməyib.

Politika.Az-ın əldə etdiyi məlumata görə, ötən ilin dekabr ayından bu günə kimi Quba rayonunda da əhali ünvanlı dövlət sosial yardımlarını və təqaüdlərini ala bilmirlər.

Məsələ ilə bağlı sakinlər “Kapital Bank”ın Quba filialına müraciət ediblər. Müraciətə cavab verən bank əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən köçürmələrin həyata keçirilmədiyini bildiriblər.

Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən sakinlərin şikayətlərini cavablandırarkən “Qanunlar dəyişilib, pul verə bilmərik” deyiblər.

Ölkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Azərbaycanın 2008-2013-cü illərdəki iqtisadi inkişaf tempi sürətlə üzüaşağı gedir. Vəziyyət getdikcə dramatikləşir və artıq ərzaq dükanları bir-bir bağlanmağa başlayır.

Bakıətrafı qəsəbələrdə və kəndlərdə ərzaq mağazaları, kiçik dükanların sahibləri müfisləşdiyi üçün obyektlərini qıfıllayırlar.

Politika.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb həm nisyə dəftərlərinin son vərəqinə qədər dolması, kəndlərdə, qəsəbələrdə camaatın borclarını qaytarmağa imkanı olmaması, digər amil isə əlindəki mayanı da xərcləyən obyekt sahiblərinin topdansatış mərkəzlərindən yeni mallar ala bilməməsidir.

Hazırda Maştağa, Zabrat, Balaxanı, Kürdəxanı, NZS, Binə, Mehdiabad və paytaxt ətrafındakı digər qəsəbələrdə ərzaq dükanlarının tək-tək bağlanması xəbərləri gəlir.

Gələn məlumatlarda bildirilir ki, əksər dükanların nisyə dəftərləri dolub-daşır: kimisi çörək, kimisi makaron, kimisi qənd, çay, yağ pulu borcludur.

Mərkəzi Bank sədri Elman Rüstəmov manatın sürətlə üzdüyü və əhalinin gəlirlərinin azaldığı zamanda da xalqı aldadır. Belə vəziyyətdə pensiyalar, müavər ödənməlidir.

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Oğuzda quldurluq edən şəxs saxlanılıb
Oğuzda quldurluq edən şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kəndində məktəblilərlə görüş keçirilib
Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov: “Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib