veten informasiya agentliyi

Azər Məmmədov: Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Tarix:12-12-2016, 12:20
Baxış Sayı:1 296

Azər Məmmədov: Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır



















Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov ulu öndər Heydər Əliyevin ölkəmizin gömrük sistemində əvəzsiz xidmətlərindən danışdı.

Bildirdi ki, Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə bilavasitə əlaqəlidir. Son illər ərzində Azərbaycanda gömrük siyasətinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiya və sair istiqamətlərdə uğurlu addımlar atılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən gömrük sahəsinin inkişafına göstərilən diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan gömrük xidmətinin apardığı işlər, tətbiq edilən informasiya texnologiyaları, bu sahədə olan qanunvericilik və s. dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir.

Azər Məmmədov: Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
















Azərbaycanın bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. Ümummilli Liderin rəhbərliyi altında qısa müddətdə Azərbaycanda dövlət quruculuğu prosesinə başlanılmış, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Azərbaycanın dünyada tanıdılması, müasir, demokratik və müstəqil dövlətçiliyimizin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra yaradılmış Dövlət Gömrük Komitəsi yalnız ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoyub. Dahi rəhbər müstəqilliyin ilk illərindən tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik və digər belə hallarla üz-üzə qalmış Azərbaycanda gömrük sisteminin qurulması işinə böyük önəm verib.

Azər Məmmədov: Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

















Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.




Azər Məmmədov: Azərbaycanda gömrük xidmətinin yaranması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə