veten informasiya agentliyi

"AAAF Park" rəhbərliyi narazı vətəndaşı hədələdi: "Mətbuata danışma..."

Tarix:23-01-2017, 09:17
Baxış Sayı:531

Bir ətək pul verib mənzil almışıq. İki aydır adı var ki, təzə mənzilə köçmüşük, ancaq bircə gün də içərisində yaşaya bilməmişik”.

Eldar Mehdiyev danışır ki, bir müddət öncə AAAF Park-ın Xırdalanda inşa etdiyi yaşayış kompleksindən mənzil alıb. 12-ci küçədəki 6-cı binanın mansardında yerləşən 36-cı mənzili başdan ayağa təmir etdirib, içərisinə təzə mebellər də yığdırıb. Ancaq düz iki aydır ki, ailəsini bu təzə mənzilə yox, yaxın qohumunun evinə yığıb.

Səbəbindən özü danışır: "Dedilər, "mansarda təhlükəsizlik baxımından qaz verilmir, ancaq tezliklə qazanxana olacaq, binalarda kombi sistemi quraşdırılacaq". Bu söhbət elə də qaldı. İşıq ən zəif fazada verilir. Lift işləmir, adamlar yuxarı mərtəbələrə düşüb-çıxmaqdan birtəhər olub. Bütün ailələr narazıdır”.

"Düzdür, yaşayış kompleksinin ərazisi çox rahatdır, istirahət yeri, uşaq bağçası… Ancaq binalarda hələ də rahatlıq yoxdur. Qaz xətləri çəkilməyib, son üç ayda 500 manatdan çox işıqpulu ödəmişəm. Ancaq onu da deyim ki, bu qədər işıqpulu ödəməyimizə baxmayaraq, yenə də soyuqdan donuruq. Elektrik qızdırıcıları istilik sisteminin yerini vermir”.

Sakinlərin deməsinə görə, AAAF Park rəhbərliyinə müraciətləri cavabsız qalır.

AAAF İnşaat MMC-dən bildirilib ki, sakinlərin şikayətləri araşdırılarkən, liftdən narazılıq olunan binalardakı yuxarı mərtəbələrdə məskunlaşmanın az olduğu üzə çıxıb. Yaşayış kompleksinin istilik sistemi yaxın vaxtlarda tam şəkildə həllini tapacaq. "Kimin nə narazılığı var, şirkətin rəhbərliyi hər zaman dinləməyə hazırdır, buyursunlar, mətbuata yox, problemlərini bizə danışsınlar”, – şirkətdən bildirilib. (teref.info)

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında