veten informasiya agentliyi

Bakı Sosial-Pedaqoji Kollecdə şadyanalıq: rektor qardaşı rüşvət bayramı keçirir - İddia

Tarix:20-01-2017, 12:44
Baxış Sayı:567

Bakı Sosial-Pedaqoji Kollecində təntənəli şəkildə rüşvət bayramı keçirilir

Bu barədə redaksiyamız mediada yayılmış məlumatlara istinadla xəbər verir.

Belə ki, qış smestri üçün tələbələrdən yığılan pul planı doldurub və rəhbərlik budəfəki nəticədən razı qalıb.

İddialara görə, kollecin əksər fakültələrində, xüsusilə Təsviri-İncəsənət fakultəsində şadyanalıqdır. Tələbələrin dərsə davamiyyəti çox aşağıdır.

Bu vəziyyət kollec rəhbərliyi üçün yararlanmağa sui-istifadə şəraiti yaradıb. Belə ki, hər tələbədən qış smestrini "yola vermək" üçün 400 manat civarında pul tələb olunur.

Tələbələrin sözlərinə görə, kollecdə imtahanlara hazırlaşıb-hazırlaşmamağının heç bir əhəmiyyəti yoxdur.

Mətbuata göndərilən şikayətlərdə Bakı Sosial-Pedaqoji Kollecinin şöbə müdiri Xəyalə Əhmədovanın adı qırmızı xətlə keçir.

Təsviri-İncəsənət fakultəsində oxuyan və adlarının hələlik media çəkilməsini tələbələrin sözlərinə görə, smestr üçün, daha konkret 9 imtahanın hər biri üçün 40 manat pul veriblər.

Tələbələr ümid edirlər ki, şikayətləri mediada işıqlandırıldıqdan sonra Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanov lazımi tədbirlər görəcək.

Aztoday.az-ın əməkdaşı tələbələrin şikayətlərini araşdırmaq üçün Bakı Sosial-Pedaqoji Kollecinin şöbə müdiri Xəyalə Əhmədova ilə əlaqə saxlayıb. Xəyalə Əhmədova məsələyə münasibət bildirmək əvəzinə onun barəsində məqalə gedəcəyi halda məhkəmə ilə təhdid edib.

Hazırda adıçəkilən təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur.

İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Bakı Sosial-Pedaqoji Kollecində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər.

Bu xüsusda qeyd olunur ki, Vaqif Əmiraslanov bu gün də öz fəaliyyətini keçmiş nazir Misir Mərdanovun verdiyi tövsiyələr əsasında qurmaqdadır. Bu tövsiyyələr isə, təhsil ocağının əməlli-başlı gəlir mənbəyi kimi istismarına yol açır.

Eyni zamanda da mənbə iddia edir ki, Vaqif müəllim qardaşı Əhliman Əmiraslanova güvənərək, rəhbərlik etdiyi kollecdə “bazar” pirinsiplərini hər növbəti tədris ili daha da dərinləşdirir.

Yəqin ki, burada artıq Əhliman Əmiraslanovun Azərbaycan Tibb Universitetinin rektoru olduğunu vurğulamağa heç bir ehtiyac yoxdur. Yada salaq ki, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirilib. Nəticədə ixtisarlar başlanıb və müəllimlər etiraz ediblər.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında