veten informasiya agentliyi

Prezident jurnalistlər “köməkçilərimdir” deyib məmurların “kürkünə birə saldı” - Təfsilat

Tarix:21-07-2017, 09:30
Baxış Sayı:365

Prezident jurnalistlər “köməkçilərimdir” deyib məmurların “kürkünə birə saldı” - Təfsilat
















Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı məmurların “kürkünə birə saldı”.

Prezident məmurlara mesaj verdi. Dövlət başçısı bildirdi ki, dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar:

“Ona görə, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında - harada ki hansısa ədalətsizlik, qanunsuzluq var - dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

Ölkə başçısının bu ismarıcları məmur ordusuna ciddi ismarıc oldu desək yanılmarıq. Məmurların atdığı qanunsuz addımlar, özbaşınalıqlar daim mətbuatın diqqət mərkəzində olur.

Prezidentin də media ilə dostluğu və jurnalistlərin ölkə rəhbərinə köməyi məmurlara ictimai nəzarəti daha da gücləndirəcək.

Ulus.Az xəbər verir ki, ölkə başçısı mətbuatdan məmurların hərəkətlərini izləyir. Ona çatan şikayətlər, məktublar, mediada işıqlandırılan problemlər daim diqqət mərkəzindədir.

Amma bundan sonra İ.Əliyevlə mətbuatın birgə fəaliyyəti nəticəsində məmurların özbaşınalıq etmək imkanları daha da məhdudlaşacaq.

Bu görüşü nəinki media, o cümlədən ölkə ictimaiyyəti də əhəmiyyətli hadisə kimi dəyərləndirir. Azərbaycan prezidenti birmənalı şəkildə bildirdi ki, ölkədə söz və mətbuat azadlığını yüksək qiymətləndirir.

Bunu indiyə kimi dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Prezident çıxışında medianın cəmiyyətdəki bəzi neqativ hallarla bağlı, korrupsiyaya qarşı mübarizədə də rolunu yüksək qiymətləndirdi.

Ona görə də yeni media siyasətində prezidentlə jurnalistlərin dostluğu və bürokratiyaya, qanunsuzluğa qarşı bərabər mübarizə aparılması strategiyasına şahid olacağıq.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında