veten informasiya agentliyi

Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"

Tarix:10-07-2017, 11:10
Baxış Sayı:428

Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"

















Müsavat partiyasının İsa Qəmbərdən sonrakı rəhbəri Arif Hacılının Facebook statusu ictimai -siyasi mühitdə heyrətlə qarşılanıb

Buna səbəbsə odur ki, özünü Azərbaycan müxalifətinin liderlərindən biri hesab edən tanınmış siyasi fiqur başqa bir dövlətin liderini qınayır ki, niyə ordusuna Qarabağı işğaldan azad etmək əmri vermir.

"Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir.

Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT- i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya təşkilatı nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə Ordusuna əmr vermir ? Nədən və kimdən çəkinir?".

Göründüyü kimi, burada hansısa umacaqdan, xahiş, ya da dərin təhlildən çıxarış edilən təklifdən söz getmir. Azərbaycan müxalifətinin tanınan bir ismi Türkiyə Cümhuriyyəti prezidentini bir başa qınayır və onu, ordusunu Qarabağa yeritmədiyinə görə, açıq şəkildə mühakim edir.

Musavat.com bu statusun sosial şəbəkələrdə heyrət və bir sıra hallarda, gülüşlə qarşılandığını, lakin ciddi müzakirələrə səbəb olduğunu qeyd edir. Müzakirələrin gedişində A. Hacılı bunca gözlənilməz və heyrət doğuran iddialarını əsaslandırmağa çalışıb. Onu bu məsələdə dəstəkləyən və əleyhdarlarına aqressiv şəkildə hücum edən tərəfdarları - partiyadaşları da var. Lakin ölkədə imzası tanınan hər hansı ekspertin 1 sutkadan çox müddət ərzində onun bu fikirlərini təqdir etməsinə rast gəlinməyib. Tam əksinə, bır sıra tanınmış simalar bu qədər təcrübəli bir siyasətçinin belə bir statusa müəlliflik etdiyinə öncə inanmamış, daha sonra isə onu kəskin tənqid etmişlər. Məsələn, tanınmış telejurnalist Sevil Nuriyeva yazır ki, bu fikirlər Arif Hacılıya məxsus ola bilməz: "İnanmıram. Birisi səhifəsini elə keçirib bəlkə? Bu bir partiya sədri mövqeyi ola bilməz. Bu gerçəkdən Arif beyin səhifəsidirmi?"...

Başqa bir tanınmış jurnalist isə yazır ki, indi təsəvvür edin ki, belə bir statusu İsa Qəmbər yazıb...

Cənab Hacılı özünün səhifəsində gedən tənqidlərə və replikalara bilavasitə cavab yazır. (Musavat.com)

Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"
Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında