veten informasiya agentliyi

Yasamal Bələdiyyəsinin sədri icra başçısının işdən qovulmasından DANIŞDI — "Bizim günahımız yoxdur"

Tarix:3-07-2017, 11:36
Baxış Sayı:487

Yasamal Bələdiyyəsinin sədri icra başçısının işdən qovulmasından DANIŞDI — "Bizim günahımız yoxdur"

















Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin özbaşına sökülməsinə görə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin tutduğu vəzifədən azad edilməsinə münasibət bildirib.
Z.Cəfərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən məscid sökülən zaman bələdiyyə ilə heç bir məsləhətləşmə aparılmayıb:

“Bələdiyyə olaraq biz heç zaman bu cür məsələlərə qarışmamışıq. Açığını deyim ki, bizim İbrahim Mehdiyevlə münasibətimiz çox yaxın olub. Hər zaman bir-birimizi eşitmişik. Baxmayaraq ki, məscid bizim bələdiyyənin ərazisində olub, ancaq onun sökülməsi ilə bağlı bizə heç bir məlumat verilməyib. Bununla bağlı bizə məlumat verilmirdi, bütün işləri İcra Hakimiyyəti görürdü. Bilmirəm ki, o məscidi nə vaxt söküblər. Mən bu prosesdə iştirak etməmişəm, heç nədən də xəbərim olmayıb. Ümumiyyətlə, həmin məscidin sökülməsindən əvvəlcədən xəbərsiz olmuşam. Yalnız yeni məscidin inşası yeni başlayanda bizi çağırmışdılar. Həmin vaxtı icra başçısı ilə yanaşı Şeyxülislam Allahşükür Paşazadə də gəlmişdi. Əraziyə baxış keçirilib və qərar verilib ki, məscid belə tikilsin. Ancaq o məscidin sökülməsi prosesində iştirak etməmişəm”.

Z.Cəfərov “Hacı Cavad” məscidinin özbaşına sökülməsində Yasamal bələdiyyəsinin heç bir günahı olmadığını söyləyib:

“Bu məsələdə bizim heç bir günahımız yoxdur. Çünki bizi bu proseslərə heç zaman dəvət etməyiblər. Əgər dəvət edilsəydik, o zaman mənim də xəbərim olardı. Biz heç zaman məscidin sökülməsi işinə baxmamışıq. Ona görə də bizim bu məsələ ilə bağlı heç bir günahımız yoxdur”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.

Ə.Həsənov açıqlamasında bildirib ki, hələ aprel ayında Prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub.

“Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra “Hacı Cavad” məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib”, - deyə Ə.Həsənov qeyd edib.

Ə.Həsənov onu da bildirib ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb.

Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış “Hacı Cavad” məscidinin sökülməsi barədə özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib.

Əli Həsənov diqqətə çatdırmışdır ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında