veten informasiya agentliyi

Hanı sizin “məruzələrinizdə” dediyiniz modul tipli elektrik stansiyalarınız?

Tarix:28-06-2017, 12:02
Baxış Sayı:580

Hanı sizin “məruzələrinizdə” dediyiniz modul tipli elektrik stansiyalarınız?

















Lənkərana yeni təyin olunan rəisin əli “rubilniklə” oynayır - yaxud günəşli havalarda tez-tez “yağlanan” transformatorlar

Mübarək Ramazan bayramı günlərində Lənkəran Regional Elektrik Şəbəkəsi əhalinin bayramını qara gətirib.

Şənbə və bazar günləri də daxil olmaqla 5 gün qeyri-iş günü Lənkəranda enerjinin fasilələrlə verilməsi sakinlərin əhvalına əməllicə soğan doğradı. İyunun 25-dən bu günə kimi Lənkəranda elektrik enerjisinin tez-tez kəsilməsi insanların evdə dincəlməyinə mane olmaqla yanaşı, həmçinin isti havalarda onları kondisioner sərinindən də mərhum etdi.

Ümumi olaraq 72 saat ərzində fasilələrlə Lənkəranda 6 saatdan çox işıq olmayıb. Ötən gün isə saat 14:57-də sönən işıqlar 17:03-də verilib.

Söhbət Lənkəranda daha çox abonentə enerjinin paylandığı 9-cu xətdən gedir.

Bayram günlərində yaranan fasilələrin səbəbini Şəbəkə rəsmisindən soruşuruq. Baş mühəndis Şamid Bəhrəmov bütün zənglərimizə cavab verərək deyir ki, əməkdaşlar "transformatorları yağlayır". Bəs 2 saatdan çox işıqların kəsilməsinin səbəbini soruşduqda isə təəccüblənməyə bilmirsən:

“9-cu xətdə açılma olub, əməkdaşlar axtarır, hələ tapa bilmirlər”.

Xülasə, nəhayət əməkdaşlar xətti taparaq 17:03-də enerjinin verilməsini bərpa etdilər.

Amma bizim suallarımıza yeni rəisin cavab verməsini istəyirik. Günəşli havalarda nə yağlanma? Nə açılmalar? Hanı sizin “məruzələrinizdə” dediyiniz modul tipli elektrik stansiyalarınız? Hanı sizin 35 ədəd yenilədiyiniz ən son transformatorlarınız?

Şükürlər olsun ki, əvvəlki illərə nisbətdə indi debutor borclar da yoxdur. Bəs, abonentlərin istehlakçı hüquqlarını niyə pozursuz?

İşıq idarəsinin borcu əhalini keyfiyyətli “sabit cərəyanla” təmin etməlidir. Əgər işıq idarəsi əhalini keyfiyyətli, yəni “sabit cərəyan” la təmin edə bilmirsə burada günahgar axtarmağın mənası yoxdur.

Azərişıq elektrik istehsal edib əhaliyə pulla satan bir təşkilatdır. Buna görədə məhsulunun keyfiyyətinədə cavabdeh olmalıdır. İşıq idarəsinin məsuliyyətdən boyun qaçırması istehlakcı hüquqlarının pozulması və işıq idarəsinin məsuliyyətsizliyi kimi başa düşülməlidir.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında