veten informasiya agentliyi

Gədəbəyin icra başçısı xəstəxanadakı yorğan-döşəyi çadırlara daşıtdırır

Tarix:24-06-2017, 13:51
Baxış Sayı:526

Gədəbəyin icra başçısı xəstəxanadakı yorğan-döşəyi çadırlara daşıtdırır

















Gədəbəydə Mərkəzi Xəstəxanadan yorğan-döşəyi rayonun ərazisindəki parka daşıyırlar

Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, xəstəxanada hazırda 100 çarpayıdan 95-dən çarpayıların üzərindəki yataq dəstləri parka daşınıb. Qaynağımız deyib ki, xəstəxanadakı çarpayılardan daşınan yorğan-döşək çadırlara yığılır və bu, icra başçısı Ramiz Yediyarovun göstərişi ilə həyata keçirilir. Başçı baş həkimə qeyri-rəsmi olaraq xəstələr üçün nəzərdə tutulan yorğan-döşəyin parkda tikinti işləri ilə məşğul olan fəhlələrə verilməsini tapşırıbmış. Sakinlər deyirlər ki, xəstəxanadan yorğan-döşəyin daşınaraq fəhlələrə verilməsi R.Yediyarovun rayona başçı təyin olunduğu illər ərzində gördüyü ən təqdirəlayiq addımdır.

Fikirlərini belə izah edirlər ki, Gədəbəy xəstəxanasında il ərzində çox az xəstə stasionara götürülür.

Ən yaxşı halda 5-6 çarpayıda xəstə olur. Digər çarpayılar isə ilboyu istifadəsiz qalır. Amma dövlət büdcəsindən Gədəbəy rayonuna vəsait 5-6 xəstəyə görə deyil, 100 xəstə nəzərə alınmaqla ayrılır. Həmin məbləğin kimlərin cibinə axmasını bilmək üçün xüsusi istintaq aparmağa ehtiyac yoxdur. Yorğan-döşəyin rahat şəkildə çadırlara daşınması tapşırığının canla-başla icrası ümumi mənzərəni ortaya qoyur. (qaynarinfo)

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında