veten informasiya agentliyi

Saatlıda narazılıq yaradan kimdir? - İDDİA

Tarix:21-06-2017, 12:43
Baxış Sayı:585

Saatlıda narazılıq yaradan kimdir? - İDDİA

















Əliabad kənd sakinlərinin kənd icra nümayəndəsi Müslüm Məmmədovun idarəçilik prinsipindən narazılıqlarının miqyası o həddə çatıb ki, kənd sakinləri onun istefası tələbi ilə yolu bağlayıblar.

Ölkədə məmur – vətəndaş münasibətləri əsasən bölgələrdə, hələ də tam mənada nizama düşməyib. Prezidentin bu istiqamətdə məmura yönəli mesajlarına məmur korpusunun adekvat cavab reaksiyası da qənaətbəxş deyil. Məsələn, Saatlı rayonundakı mənbədən Conflict.az-a daxil olan məlumatda, rayonun Əliabad kənd sakinlərinin kənd icra nümayəndəsi Müslüm Məmmədovun idarəçilik prinsipindən narazı olduqları qeyd edilir. Mənbənin verdiyi məlumatda o da qeyd edilir ki, hətta bu narazılıqların miqyası o həddə çatıb ki, kənd sakinləri Müslüm Məmmədovun istefası tələbi ilə yolu belə bağlayıblar. Hadisədən xəbər tutan Saatlı rayon İcra Hakimiyyətinn başçısı Siraqəddin Cabbarov işindəki ciddi nöqsanlardan dolayı Müslüm Məmmədovu dəfələrlə vəzifəsindən kənarlaşdırsa da, görəvdən alınma qısa müddətli olub. Belə ki, Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı, Şirvan Şəhər İcra Hakimiyytəinin başçısı Mərdan Camalovla tələbə yoldaşı olan Müslüm Məmmədov dostunun vasitəçiliyi ilə hər dəfə yenidən görəvinə dönməyi bacarıb.

Məlumatda o da qeyd edilir ki, bu tip hadisə bir neçə dəfə baş versə də, Müslüm Məmmədov Siraqəddin Cabbarovun iradəsinə qarşı gələ bilib. O da qeyd edlir ki, hətta qohumları belə dəfələrlə kənd icra nümayəndəsinin görəvindən uzaqlaşdırılması ilə əlaqədar RİH-nin başçısına rəsmi müraciətlər ünvanlayıblar. Lakin yuxarıda qeyd edildiyi kimi hələ ki, Müslüm Məmmədov istər kənd sakinlərinə, istərsə də Saatlı RİH-nin başçısı cənab Siraqəddin Cabbarova qarşı iradə nümayiş etdirə bilir.

Məlumatda o da qeyd edilir ki, Müslüm Məmmədov dövlətin aztəminatlı vətəndaşların sosial problemlərinin həlli üçün nəzərdə tutduğu ünvanlı sosial yardımların verilməsi prosesində də ədalət prinsipini pozur. Mənbə bu işdə kənd icra nümayəndəsinə qardaşı, ƏƏSMN-nin Saatlı rayon şöbəsinin sabiq müdiri Akif Məmmədovun da yardımçı olduğunu da qeyd etdi.
Araşdırmamız davam edir.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dinləmyə hazırıq.

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
Yeni tam orta məktəb layihəsi üzrə fəaliyyət göstərəcək Sumqayıt şəhər  37 nömrəli tam orta məktəbə müəllimlər təyin olunub
A ç ı q l a m a
A ç ı q l a m a
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Bilik Günü münasibətilə tədbirlər keçirilib
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Elm və təhsil naziri Xocalıda məktəb açılışında
Elm və təhsil naziri Xocalıda məktəb açılışında