veten informasiya agentliyi

Sabunçuda məcburi köçkün həyatına qəsd etmək zorunda qalıb -“Qaçqınkom” isə susur

Tarix:8-06-2017, 13:39
Baxış Sayı:737

Sabunçuda məcburi köçkün həyatına qəsd etmək zorunda qalıb -“Qaçqınkom” isə susur

















Cəbrayıl rayonundan məcburi köçkün, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin 4 ünvanında yerləşən Tikinti Mexanikləşdirmə İdarəsində (UMS Trest) müvəqqəti məskunlaşmış Həsənova Adilə Bilal qızı ölkə başçısına və digər dövlət qurumlarına, o cümlədən mətbuata müraciət ünvanlayıb. “Kivnews.com” İnformasiya Portalı bildirir ki, vətəndaş himayəsində olan 2 qızı ilə şəraitsiz idarə binasında yaşayır: “Yağış yağanda otaqlar su ilə dolur. Hətta idarənin həyətində o qədər su yığılır ki, qızlarım yol tapıb dərsə gedə bilmirlər. 1993-cü ildən bu cür əziyyətlərə dözmüşəm. Artıq qızlarım böyüyüb. Qızımın biri ali məktəbdə oxuyur, o biri isə bu il ali məktəbə sənəd verib. Şəraitsiz yerlərdə yaşayan məcburi köçkünlərin evlərlə təmin olunması, onların güzəranının yaxşılaşdırılması ilə bağlı atılan addımlar çoxlarını sevindirir. Amma bizim də sevinməyə haqqımız var”.

Məcburi köçkün qeyd edir ki, mənzil şəraiti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsindən tutmuş digər əlaqədar dövlət qurumlarına yazdığı rəsmi məktubların heç birinə cavab verilmir: “Ona görə də məcbur qalıb Kütləvi İnformasiya Vasitələrinə üz tutmuşam. Heç bir şəraiti olmayan bu idarə binası yaşayış üçün yararsız vəziyyətdədir. Çünki idarənin yalnız adı qalıb. Neçə illərdir ki, bu əzab-əziyyətə dözürəm. Amma artıq taqətim qalmayıb. Ona görə də, ölkə başçısından, birinci xanımdan, “Qaçqınkom”un sədri Əli Həsənovdan xahiş edirəm ki, mənin yaşayışıma əncam çəksinlər. Çox-çox xahiş edirik ki, Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində məcburi köçkünlər üçün hazırda tikilməkdə olan binada bizi evlə təmin edəsiniz. Ümidimiz sizədir, başqa ümid yerimiz yoxdur. Qızlarımın atası hazırda bizimlə yaşamır. Ancaq Qarabağ müharibəsinin iştirakçısı olub. Neçə-neçə döyüşlərdə iştirak edib”.

Son olaraq məcburi köçkün Adilə Həsənova qeyd etdi ki, artıq belə yaşayışa dözə bilmir. Əgər Ramana qəsəbəsində tikilən növbəti binada da mənzillə təmin olunmayacaqsa, bu zaman həyatına qəsd etmək zorunda qalacaq.

NOVRUZ ASLANOV ZİYALILIĞI
NOVRUZ ASLANOV ZİYALILIĞI
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış