veten informasiya agentliyi

Ana Vətən Partiyası növbəti seçkilərdə parlamentdə daha çox deputatla təmsil olunmaq istəyir

Tarix:6-06-2024, 09:08
Baxış Sayı:43

Ana Vətən Partiyası növbəti seçkilərdə parlamentdə daha çox deputatla  təmsil olunmaq istəyir


“Növbəti parlament seçkilərində yenidən deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bu sözləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Cebhe.info”-ya açıqlamasında deyib. Via.az Cebhe.info-ya istinadən xəbər verir ki, o, namizədliyini hansı dairədən irəli sürəcəyini də söyləyib:

“Növbəti dəfə deputatlığa namizəd olmaq fikrim var. Hər zaman olduğu kimi yenə də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm”.

Fəzail Ağamalı parlament seçkiləri ilə bağlı partiyasının hədəfləri barədə bunları qeyd edib:

“Seçkilərdə neçə nəfərlə mübarizə aparacağımızla bağlı partiya daxilində müzakirə gedir. Parlament seçkiləri elan olunduqdan sonra fikrimizi dəqiqləşdirəcəyik.

Seçkilərdə seçicilərin namizədlərimizə göstərəcəyi etimaddan çox şey asılı olacaq.

Əlbəttə ki, Ana Vətən Partiyası da hər bir partiya kimi Milli Məclisdə daha çox deputatla təmsil olunmaq istəyir. Lakin bu, bizim iradəmizdən və istəyimizdən asılı deyil. Son sözü seçicilər deyəcək”.

Partiya sədri diqqətə çatdırıb ki, bələdiyyə seçkiləri ilə bağlı da hazırlıqları davam edir:

“Partiyamız bələdiyyə seçkilərində də böyük siyasi fəallıqla iştirak edəcək.

Uzun illərdən bəri keçirilən bələdiyyə seçkilərində Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyasından (YAP) sonra mandat sayına görə ikinci partiya olub. Bu dəfə də həmin səviyyəni saxlamağa çalışacağıq”.

Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da
Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da
EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT QURBANƏLİ İSMAYILOV SİRLƏRİ AÇDI
EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT QURBANƏLİ İSMAYILOV SİRLƏRİ AÇDI
Uğurla strateji hədəflərə doğru
Uğurla strateji hədəflərə doğru
Баку устроил Еревану сеанс шоковой терапии - Новруз Аслан для Day.Az
Баку устроил Еревану сеанс шоковой терапии - Новруз Аслан для Day.Az
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə