“3 iyun - Dünya Velosiped Günü” münasibətlə Şamaxı rayonu üzrə gənclər və idman sektoru Şamaxı şəhərində veloyürüş təşkil etmişdir. Şamaxı Dövlət Regional Kollecinin qarşısından start götürən yürüş 3.2 km məsafəni əhatə edib və Heydər Əliyev Parkının qarşısında başa çatıb.
Sonda yürüş iştirakçıları Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar.
Qeyd edək ki, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektoru tərəfindən Ağsu Şəhər Stadionunda da "03 İyun - Dünya Velosiped Günü" münasibətilə 14-18 yaşlı həvəskar idmançılar arasında velosiped idman növü üzrə yarış keçirilmişdir.
Startdan öncə iştirakçılara yarışın qaydaları barədə məlumat verilmişdir.
2,6 km məsafədə keçirilən yarışın qalibləri Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşdur.
Kütləvi idman tədbirlərinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.
#yaşılnəqliyyat #DünyaVelosipedGünü #Veloyürüş #BirKimiBirlikdə #AZE #WorldBicycleDay #YaşılDünyaNaminəVeloyürüş #SamaxiRGIS #BirlikdəSürək