veten informasiya agentliyi

DOST RİM Böyük Britaniyada yerləşən “Acquisition International” korporasiyasının müsabiqəsinin qalibi oldu

Tarix:28-05-2024, 20:00
Baxış Sayı:62

DOST RİM Böyük Britaniyada yerləşən “Acquisition International” korporasiyasının müsabiqəsinin qalibi oldu

Mərkəz korporasiya tərəfindən “Biznes Mükəmməlliyi” mükafatı və “Şərqi Avropa üzrə ən yaxşı sosial təminat texnologiyaları qurumu - 2024” adına layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnovasiyalar Mərkəzi (DOST RİM) “Acquisition International” beynəlxalq korporasiyasının (Böyük Britaniya) təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi olub. (https://www.acquisition-international.com/winners/dost-digital-innovations-center/)

DOST RİM müsabiqəyə ötən ilki fəaliyyəti nəticəsində əldə etdiyi rəqəmsal nailiyyətlər barədə məlumatı təqdim edib.

Bu rəqəmsal uğurlar müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb və DOST RİM həmin beynəlxalq korporasiyanın “Biznes Mükəmməlliyi” mükafatına və “Şərqi Avropa üzrə ən yaxşı sosial təminat texnologiyaları qurumu - 2024” adına layiq görülüb.

2010-cu ildən etibarən fəaliyyət göstərən "Acquisition International" təşkilatının əsas məqsədi biznes və xidmət sahələrində olan yeniliklər barədə məlumatlarla müxtəlif nəşrlər və məqalələr vasitəsilə sahənin peşəkarlarını maarifləndirməkdir.

Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da
Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da
EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT QURBANƏLİ İSMAYILOV SİRLƏRİ AÇDI
EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT QURBANƏLİ İSMAYILOV SİRLƏRİ AÇDI
Uğurla strateji hədəflərə doğru
Uğurla strateji hədəflərə doğru
Баку устроил Еревану сеанс шоковой терапии - Новруз Аслан для Day.Az
Баку устроил Еревану сеанс шоковой терапии - Новруз Аслан для Day.Az
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə