veten informasiya agentliyi

QDF Bakı Sürət Festivalında “Qarabağ üçün Qalib ol!” sloqanı altında iştirak edib

Tarix:28-05-2024, 17:30
Baxış Sayı:156

Mayın 25-də Bakıda bütün avtomobil sevərlər üçün möhtəşəm tədbir – Bakı Sürət Festivalı (Baku Festival of Speed 2024) keçirilib.
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” şirkətlərinin təşkilati dəstəyi ilə baş tutan festivalda rəsmi şəxslər və şirkət rəhbərləri də daxil olmaqla 1500-ə yaxın tamaşaçı iştirak edib.
Çoxsaylı media nümayəndələri tərəfindən işıqlandırılan tədbirin əsas iştirakçıları arasında Qarabağ Dirçəliş Fondu da olub.
Qeyd edək ki, festivalın məqsədi ölkədə avtomobil idmanını və mədəniyyətini populyarlaşdırmaq, eləcə də avtomobil sənayesində son nailiyyətləri nümayiş etdirmək üçün platforma yaratmaqdır.
Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik yürüşləri ilə tanınan “Legend Cars Challenge Baku” yarışı da keçirilib. Yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobillər iştirak edib. Güclü “Yamaha” motosiklet mühərrikləri ilə təchiz edilmiş bu avtomobillər sürətli və manevr qabiliyyəti ilə seçilir.
İdman üslubunda hazırlanmış klassik avtomobillərin xüsusi quraşdırılmış trasda yarışı olub.
Yarışda iştirak edən 12 avtomobildən biri Qarabağ Dirçəliş Fondunun korporativ dizaynında tərtib edilməklə Fondun adından yarışda iştirak edib.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən “Legend Cars Challenge Baku” yarışının qalibi Elçin Həsənov olub. Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə çıxış edən Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev isə üçüncü yeri tutublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatları qaliblərə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim ediblər.
Qeyd edək ki, festival çərçivəsində avtomobil sərgisi də təşkil edilib. Sərgidə müxtəlif brend avtomobillərin test-drayvı olub.
Bundan başqa ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük məharətlərini göstərdikləri drift şousu da festivalın tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Sağlam uşaq doğan ən uyumlu qan qrupları
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Türkiyəyə xarici yatırım 92% artdı: Azərbaycan ilk 5-likdə
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!