veten informasiya agentliyi

Ağsu rayon Uşaq Musiqi Məktəbində "28 may Müstəqillik Günü" qeyd olunub

Tarix:26-05-2024, 21:03
Baxış Sayı:54

23 may 2024-cü il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Uşaq Musiqi Məktəbində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, həmçinin, "28 may Müstəqillik Günü" münasibətilə “İstiqlal, o vətənin köksündən yüksələn ay!” adlı hesabat xarakterli geniş konsert proqramı keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı bu günün 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün olduğunu, cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli yer tutduğunu, bolşeviklər tərəfindən varlığına son qoyulsa belə xalqın istiqlal arzusunun ölmədiyini tamaşaçıların diqqətinə çatdırıb.
Sonra məktəbin fortepiano, xalq çalğı alətləri və xanəndəlik şöbəsinin şagirdlərinin, nağara ansamblı və xor kollektivinin çıxışları dinlənilib.
Daha sonra məktəbin direktor v.m.i.e Kamil Ağayev öz çıxışında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimizin bərpa olunduğunu, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
Tədbirin sonunda Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçılarının və xanəndələrin Respublika Festival - Müsabiqəsində iştirak edərək müvəffəqiyyət qazanmış bir qrup məktəb şagirdlərinə fəxri fərmanlar təqdim olunub, xatirə şəkili çəkilib.

Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da

EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT QURBANƏLİ İSMAYILOV SİRLƏRİ AÇDI

Uğurla strateji hədəflərə doğru
Uğurla strateji hədəflərə doğru
Баку устроил Еревану сеанс шоковой терапии - Новруз Аслан для Day.Az

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri

DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə