veten informasiya agentliyi

RUHUYLA DANIŞAN İNSAN...

Tarix:7-04-2024, 11:19
Baxış Sayı:40

 RUHUYLA DANIŞAN İNSAN...


RUHUYLA DANIŞAN İNSAN...

Gənclər günüdür.. Təbrik edirəm həm yaşca, həm qəlbən, həm də ruhən gəncliyini yaşayanları!.. Gənclik eşqiniz heç vaxt sönməsin!...
Həyatda ən çox sevdiyim gənci- 28 yaşlı BƏXTİYARİMİ, Qəlbimin həmdəmi BƏXTİŞİ təbrik edirəm bu əziz gündə!.. O da yaşayır öz gəncliyini... hamıdan fərqli... necə ki körpəliyini də, uşaqlığını da yaşayıb hamıdan fərqli, sakitcə... öz içində.. dinməz-söyləməz.. danışmadan.. çünki hələ 2 yaşında “professor-həkim” adlı pul düşgünü cəllad insafsızlığı və naşılığıyla məhrum etdi Bəxtişi danışmaq qabiliyyətindən... Cərrahi əməliyyat zamanı sinirlərinə toxunaraq həm dilindən, həm zehni inkişafdan məhrum etdi... və hamının istedadlı olacağını dedikləri, hələ təzəcə dil açıb danışan körpəni susmağa məhkum etdi.... Anadangəlmə dodaq şikəstliyini aradan götürmək əvəzinə dil və beynini də şikəst elədi “həkim”.., qaş düzəldən yerdə vurub dağıtdı dilini-beynini də...??!..
Çox bəlalar çəkdi başı bu başıbəlalı Bəxtişim... 6 yaşı oldu... tay-tuşları məktəbə getdi- o isə həsədlə onların arxasınca baxdı.. bəli.. o məktəbə gedə bilməzdi.. axı danışa bilmir.. 17-18 yaşlarında həmyaşıdları ali məktəblərə ya orduya getdilər, kimi təhsil dalınca, kimi xidmətə.. Bəxtiş isə hamısından məhrum idi... Yenə gözləri yol çəkirdi...
Dil- ünsiyyət vasitəsi kimi yalnız insana xas olub, onu bütün canlı və cansız aləmdən fərqləndirib dünyanın əşrəfinə döndərib.. Ancaq insan təkcə dillə danışa bilirmi, insanı ətrafındakılar yalnız dil vasitəsiylə anlaya bilirmi??!... Əsla yox.. Bəxtişim danışır.. Hər gün danışır.. hər şeyi danışır- çünki hər şeyi çox gözəl anlayır, duyur, lap o dil qatili “professor”dan da yaxşı danışır Bəxtişim.. İnsan dilində danışır, qəlb dilində danışır, Ruhuyla danışır hamıyla... və hamıya öz fiklrini bir çox dillilərdən və pul diliylə danışan o “həkim”dən də yaxşı anlada bilir hamıya.. çünki ürəklə danışır.. səmimi danışır..yalan nə olduğunu bilmir.. saxtakarlıqdan anlayışı yox.. pislik bacarmır. riyakarlığı yox.. çox şeyi baxışlarıyla deyir.. Onun yolunda hədsiz əzablara qatlaşan Anası ağrınanda Bəxtişin gözlərindəki hissləri, duyğulari ifadə etməyi ən mahir şair ya psixoloqlar belə bacarmaz... Mənimlə Ruhuyla bağlıdı Bəxtişim.. Evə gəlişimi qabaqcadan hiss edir, əl çalıb oynayır hər evə qayıdışıma.. hər səhər mən evdən çıxanda xeyir-dualarını baxışlarıyla çatdırır mənə.. Ürəyim ağrıyanda o rahatlıq tapa bilmir, həssas qəlbiylə mənə məlhəm olur, ağrılarımı yox edir.. başım ağrıyanda əlini qoymağı kifayərtdir ki, sakitləşsin minlərlə kitabı içində daşıyan başım..
Bəxtişim- bəxt ulduzumdur, taleyimdə nail olduğum bütün uğurlara görə daha çox ona minnətdaram, onun xeyirxah Ruhuna!.. və ən böyük uğurlarımı məhz o dünyaya gələndən sonra qazanmışam.. ( Yeri gəlmişkən xatırladım ki, onun dünyaya gəlişi də əlamətdar gündə oldu, 1995-ci il iyunun 24-də biz İsmayıllı mədəniyyət evində gözəl ziyalımız, tarixçi-alimimiz, yazıçı-publisist Aydın Səlimzadənin xatirə gecəsini keçirən gün.. və ona ən böyük Aydınımız- BƏXTİYAR Vahabzadənin adını qoyduq..) O talismanım olub, dağdağanım olub, İlham pərim olub.. Mənim gözümdə o dünyanın ən Məsum, ən saf, ən həssas, ən intellektli, ən zirəng, ən mərhəmətli İnsanıdır... çünki o hamıyla RUH dilində danışır, çoxlarının öz saxta və dayaz düşüncələrini, iyrənc niyyətlərini, məkrli planlarını gerçəkləşdirmək üçün sui-istifadə etdyi “insan dili"ndə yox..
Bayramın mübarək Bəxtişim- ey RUH tərcümanım, qəlb Şairim, yazıçım, təbibim, loğmanım, fəxrim, məni bu dünyaya ən bərk bağlayn sehirli Varlığım- BƏXTİŞİM mənim!..

Bəxtiyarımı bəxtiyarlıgdan məhrum edən "professor" elə indi də ATU-nun Cərrahiyyə korpusunda çalışır- ucaboy, enlikürək, qıpqırmızı sifət.. Dəfələrlə onunla üz-üzə gəlmişəm. Heç vaxt bir kəlmə də olsun ağır söz deməmişəm, ona nifrətimi də biruzə verməməyə çalışmışam. Onun üz-gözündə vicdan əzablarının izlərini axtarmışam hər rastlaşan zaman.. Çox təəssüf ki, qıpqırmızı sifət və yoğun boynu tamamılə başqa şeylər deyir.. Hər dəfə onunla üz-üzə gələndə nədənsə Z.Freydi xatırlayıram "Əzab - vicdan mənşəlidir" ifadəsiylə.. Vicdan olmasa- yaşamağa nə var ki?!.. Bütün əzablarımızın ANAsı elə VİCDAN imiş.. Nə deyim.. Niyə deyim.?!.. Kimə deyim?!..
Bu məqamda bir faktı xatırlamamaq ədalətsizlik olardı. 5 il öncə Bəxtişi yenidən əməliyyat etməli olduq. Əksər xəstəxanaları gəzib dolaşsam da, çox həkimlərlə danışsam da, heç kim razılaşmadı. Çünki ağır psixi gərginliklər yaşayan Bəxtişdə güclü aqressiya var.. onu nə hər hansı aparata salmaq mümkündür, nə də iynə vurmaq. Çox böyükdür fiziki gücü. mənəvi gücüylə barəbər... Dəfələrlə vurulmuş narkozun təsirindən xarab olan dişlərinə baxmaq belə mümkün deyil. Neçə illərdir ona əzab verən dişlərini çıxartdırmaq üçün münasib həkim və klinika axtarırdım.. Əksər xəstəxanalarda oldum, çox həkimlərlə geniş söhbət etdim, yollar aradım onu heç olmasa bu diş ağrılarından xilas etmək üçün. Həkimlər razılaşmırdılar, riskə getmək istəmirdilər, axı çox ağır və riskli əməliyyat idi. Narkozun təsirindən onda hər cür ağırlaşma baş verə bilərdi.. Nəhayət, mənə dedilər ki, Semaşko xəstəxanasında Türkiyə təcrübəli yaxşı həkim var, bəlkə o razılaşar.. Getdim. Gənc həkim məni nəzakətlə qəbul etdi, ikilikdə oturub xeyli söhbət etdik, Bəxtişin xəstəliyinin və "əlillik taleyinin" tarixçəsini danışdım.. Birdən həkim dik atıldı və yaxınlaşıb əllərimdən tutdu, duluxsunub dedi "Oğlunuzu şikəst edən professor mənim elmi rəhbərimdir.. Uşağınızı mən əməliyyat edəcəm, çalışacam öz rəhbərimin günahlarınız az qismini də olsa yuyum".. Çox təzadlı bir vəziyyət yarandı.. Gənc həkimin gözlərində elmi rəhbərinə görə dərin əzabları duydum aydınca.. razılaşdıq. Həkim öz dəstəsilə bir neçə gündən sonra çətin əməliyyatı həyata keçirdi. 8 nəfər həkim heyəti yığıldı, Bəxtişi tutub narkoz iynəsini vura bilmədilər.. gücləri çatmadı onu saxlamağa.. Məcbur oldular cərrahiyyə əməliyyatı otağına apardılar, əməliyyat stoluna bərk bağladılar və beləcə iynə vura bildilər.. Bəxtişin çox dəhşətli qIşqırığını, imdad üçün mənə zillənmiş gözlərini, yalvarışlı baxışlarını görmək, duymag ruhumu sarsıdırdı..- bu mənzərənin dəhşətlərini təsvir etmək gücündə deyiləm..(((... gördüm bu mənzərədən başım gicəllənir.. qulaqlarımı tutub həyətə qaçdım... bu mənzərəyə ürəyim tab gətirməzdi.. Dəli kimi həyətdə dolaşırdım- Övlad dərdi nə ağır olurmuş İLAHİ!?....
Əməliiyat başa çatıb- mənə zəng edib dedilər. Buna nə qədər çox sevinsəm də, özümü Bəxtişin yanında günahkar bildiyimdən onun yatdığı palataya gəlməyə, onun qınayıcı sərt baxışlarıyla üzləşməyə özümdə güc tapa bilmirdim. Özümü toplayıb cumdum palataya. Hələ narkozdan ayılmamışdı Bəxtişim... Həkim çətinliklə çıxardığı 9 dişi səliqə ilə kağıza büküb tutmuşdu.. mənə verdi.. 3 dişin kökləri hətta çənə sümüyünü deşib keçibmiş.. Ağrı və əzablarının bir səbəbi də elə bu dişlər imiş.. Vüqar həkim çox peşəkarlıqla və qayğıkeşliklə həyata keçirdi bu çətin əməliyyatı.. Həkimin ruhu da şəfalı olmalıdır. Vüqar həkim kimi.. Fəxr etdim ki, belə şəfalı həkimlərimiz var. Əməliyyat etdi- tam təmənnasız olaraq. Hətta tibb bacıları belə ən xırda hörmətə yaxın durmadılar, bir gəpik pul almağa razılaşmadılar, əksinə- özləri bizə minnətdarlıq etdilər övlada belə qayğıya görə, həm də "həkim tapşırıb" dedilər..
17 iyulda Səhiyyə işçiləri günündə Vügar həkimə zəng edib bayramını təbrik etdim əsl Hippokrat andını içmiş TƏBİB kimi... Hədsiz sevinc içində dedi:
- "Müəllim, sizin bu təbrikinizi taleyimin ən böyük mükafatı kimi gəbul edirəm və heç vaxt bu təbriki unutmayacam"..
Həkimlə dostlaşdım.. və səmimi dostluğumuz davam edir bu gün də..
Bəli- TANRIya minnətadaram yaxşı insanları rastıma çıxardığına görə.. Yaxşılar xilas edib yaşadacaq bu təzadlı dünyamızı...

Xeyrulla Ağayev. "Düşüncələrim" silsiləsindən. RUHUYLA DANIŞAN İNSAN

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb