veten informasiya agentliyi

“Şahin” hərbi-idman oyunu üzrə 12 komandanın iştirakı ilə keçirilən rayon birinciliyi başa çatıb

Tarix:6-04-2024, 13:56
Baxış Sayı:45

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq, 03 aprel 2024-cü il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə açılış və ilk mərhələsi baş tutan, daha sonra digər mərhələləri davam etdirilən və gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunu üzrə 12 komandanın iştirakı ilə keçirilən rayon birinciliyi başa çatıb.
Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiiki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və məktəbin ərazisində yerləşən abidənin önünə çiçəklər qoyulub.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və əməkdaşları, İsmayıllı Təhsil sektorunun metodisti İlham Vahabov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, SHXÇDX-nın əməkdaşı Turab Yunisov,məktəblərin hərbi və idman müəllimləri və məktəblilər iştirak edib.
Tədbirdə çıxış edənlər komandaların üzvlərinə uğurlar arzulayıblar.
Keçirilən yarışda rayonun tam orta ümumtəhsil məktəblərinin komandaları qələbə uğrunda mübarizə aparıblar. Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən oyunların yekununda qaliblər müəyyənləşdirilib. Rayon birinciliyinin yekun nəticələrinə əsasən I yeri İsmayıllı şəhər 6 saylı tam orta məktəbin komandası, II yeri İsmayıllı şəhər 3 saylı məktəb-liseyin komandası, III yeri isə İvanovka kənd tam orta məktəbin komandası tutub.
“Şahin” hərbi-idman oyununun qalibi olan komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsi tərəfindən pul mükafatı ilə təltif olunublar.
Qeyd edək ki, rayon birinciliyinin qalibi olan İsmayıllı şəhər 6 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə Mingəçevir rayonunda keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.

DOST RİM Böyük Britaniyada yerləşən “Acquisition International” korporasiyasının müsabiqəsinin qalibi oldu
DOST RİM Böyük Britaniyada yerləşən “Acquisition International” korporasiyasının müsabiqəsinin qalibi oldu
“Jerusalem Post” Vardanyandan yazdı
“Jerusalem Post” Vardanyandan yazdı
QDF Bakı Sürət Festivalında “Qarabağ üçün Qalib ol!” sloqanı altında iştirak edib
QDF Bakı Sürət Festivalında “Qarabağ üçün Qalib ol!” sloqanı altında iştirak edib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib
Kanada parlamentinin üzvü Çandra Arya parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibəti ilə çıxış edib
Kanada parlamentinin üzvü Çandra Arya parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibəti ilə çıxış edib
“Ziyalılarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçirilib
“Ziyalılarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Şabranda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Şabranda vətəndaşları qəbul edəcək
Sosial sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir
Sosial sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir