veten informasiya agentliyi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən X “Gəncliyin səsi” Festivalı keçiriləcək

Tarix:31-01-2024, 21:34
Baxış Sayı:64

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən X “Gəncliyin səsi” Festivalı keçiriləcək Cari ilin 1-3 fevral tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə Gənclər gününə həsr olunmuş X “Gəncliyin səsi” Festivalı keçiriləcək. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurl. Ölkədə hər bir sahədə gənclərin iştirakı, maraqlı ideyaları dəstəklənir, onların milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı, bədii-estetik zövqünün formalaşması üçün dövlət tərəfindən zəruri tədbirlər görülür. X “Gəncliyin səsi” festivalının keçirilməsində əsas məqsəd isə gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılmasına xidmət edir. Festival çərçivəsində həm Bakıda, həm də bölgələrdə silsilə tədbirlər həyata keçiriləcək. X “Gəncliyin səsi” festivalı musiqi, teatr, rəssamlıq, dekorativ tətbiqi sənət sahələrini əhatə edəcək. Ölkənin aparıcı mədəniyyət müəssisələrində çıxış edəcək gənclər arasında musiqiçi, aktyor, rəssam, sənətşünas, və modelyerlər yer alacaqlar. Bakıda, Gəncədə, Qaxda, Salyanda gənclərin iştirakı ilə konsert, kukla tamaşası, yaradıcı yarmarka, tematik sərgilər keçiriləcək. Bu ilki festivalın prioritet istiqamətləri yaradıcı tələbələrin bu layihəyə cəlb edilməsidir. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, UNEC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Humanitar Kolleci, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin gənc müəllim və tələbə heyəti X “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlərdə iştirak edəcəklər.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb