18 yanvar 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər 1 saylı tam orta məktəbdə "20 Yanvar-Ümumxalq Hüzn Günü" münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə şagirdlər faciənin qurbanlarına həsr olunmuş müxtəlif şeirlər səsləndirmiş,çıxış edənlər şagirdləri qanlı faciə haqqında məlumatlandırmışlar.
Tədbirin keçirilməsində əsas məqsəd 20 Yanvar Şəhidlərinin əziz xatirəsinin yad olunması, şagirdləri şəhidlər haqqında məlumatlandırmaqdır.