veten informasiya agentliyi

Gəncə Dövlət Universitetində əlbəyaxa DAVA - İDDİA

Tarix:3-06-2017, 14:04
Baxış Sayı:722

Gəncə Dövlət Universitetində əlbəyaxa DAVA - İDDİA

















Redaksiyamızın elektron poçtuna Gəncə Dövlət Universitetindəəlbəyaxa davanın baş verməsi ilə bağlı iddiaların yer aldığı məlumat göndərilib. Rizvan Əliyevin adından DİA.AZ-a daxil olan məlumatı təqdim edirik:

"Bu gün (dünən -red.) Gəncə Dövlət Universitetinin Fizika fakültəsinin koridoru əlbəyaxa döyüş səhnəsinə şahid oldu. Belə ki, rektor Yusif Yusibovun ən yaxın adamlarından biri olan Elxan İsmayılov müavini olduğu fakültə dekanı Muğan Quliyevi bir yumruqla yerə sərdi. Buna səbəb Muğan Quliyevin rektorluq uğrunda mübarizəsi olub.

Mugan Quliyevə bu işdə yəni rektor olmaq işində Teymur İsmayılov və Bakıda yuxarı vəzifədə işləyən yaxın qohumu köməklik edir. Teymur İsmayılov, Həsənbala Sadıqov və digərləri universitetin tanınmış professorları və bir qrup müəllim kollektivi tərəfindən Yusif Yusifovu ifşa edəcək faktları "yuxarıya" göndəriblər".

Dia.az-a daxil olan məlumatda daha sonra deyilir: "Universitetin birinci prorektoru Fəxrəddin Məmmədov da Mugan Quliyevin tərəfindədir. Dəqiqləşdirilmiş məlumatlara görə Muğan Quliyevin sənədləri artıq "yuxarılara" təqdim olunub. Yaxın gunlərdə bu barədə fərman gözlənilir. Bundan duyuq düşən rektor öz əlaltısı olan Elxan İsmayılovu Mugan Quliyevə qarşı qaldırıb.

Bu işlərdə yaxşı təsrübəsi olan Elxan İsmayılov isə müavini olmasına baxmayaraq mübahisə zəminində öz dekanına yumruq atıb. Hadisə axşam saat 18.00-da baş verib. Bu iş vaxtıın sonlarında baş verdiyi üçün binada çox az adam olub. Onları binada işləyən texniki işçilər ayırdı. Mugan Quliyevin isə hadisənin ört-basdır edilməsi üçün həmin işcilərə müəyyən məbləgdə pul verdiyini gördük".

Bütün adları keçən şəxsləri dinləməyə hazırıq...

Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
Merts etiraf etdi: ABŞ Ukraynaya pul ayırmır, yük Avropanın üzərinə düşüb
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
ABŞ Qran Prisi təhlükədə - Məhkəmə iddiası qaldırıldı
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Avtobuslarda qulaqlıqdan istifadə etməyənlər cərimələnəcək
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Ukrayna müharibəyə gündə nə qədər pul xərcləyir? - RƏQƏM AÇIQLANDI
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM