Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi "2024 cü ilin Qrant müsabiqələri informasiyası" sessiyasiyada iştirak edib.
Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş üzrə məsul nümayəndəsi Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov tədbiri mükəmməl şəkildə idarə edərək, QHT rəhbərlərinin rastlaşdığı problemlər və gələcəkdə icra ediləcək layihələrlə bağlı verilən suallara geniş formatda və çoxşaxəli şəkildə cavab veriblər. Tədbirdə 90 QHT rəmsil olunmuşdur.
Maarifləndirici xarakter daşıyan sessiyada Birlik sədri Yasəmən Qəyyumlu həm özü , həm də digər həmkarlarının səsləndirdiyi suallara dolğun cavab və düzgün istiqamət verdiyi üçün sessiyanın gedişatından razı qaldığını bildirib və təşkilatçılara xüsusi təşəkkür edib.
Fərid Səfərov
Birliyin mətbuat katibi