veten informasiya agentliyi

Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib

Tarix:18-10-2023, 08:52
Baxış Sayı:80

Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib
Şəhər günlərinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Füzuli, Zəngilan və Qubadlı şəhər günləri münasibətilə tədbir keçirilib.
Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarının birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, sonra Dövlət Himni səsləndirilib.
Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad olunan şəhərlərin günlərinin təsis edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
İnstitut rəhbəri Vətən müharibəsi zamanı işğaldan azad olunan Füzuli, Zəngilan və Qubadlı şəhər günlərinin qeyd olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, bu ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində Qarabağda müstəqilliyimizin tam bərpa edilməsini, cənab Prezidentin Xankəndi və digər tarixi torpaqlarımızda bayrağımızı qaldırmasının qürur mənbəyimiz olduğunu söyləyib. Rektor deyib ki, bu şanlı tarix cənab Prezidentin hakimiyyətə gəlməsinin 20-ci ildönümündə yaşanır.
A.Şirinov Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.
Daha sonra AMEA Tarix İnstitutu Azərbaycan Respublikası dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov çıxış edib. M.Əmrahov tarixi günlər münasibətilə hər kəsi təbrik edib. O, Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinin və dövlət müstəqilliyimizin bərpası gününün qeyd edildiyi tarixi günlərdə xalqımızın böyük sevinc yaşadığını nəzərə çatdırıb.
M.Əmrahov hər şəhər – Füzuli, Zəngilan, Qubadlı ilə bağlı tarixi faktları qeyd edib. Tarix boyu Qarabağ torpaqlarının hər zaman diqqət mərkəzində olduğunu, ermənilərin bu torpaqları işğal etmək siyasətini vurğulayıb. Həmin ərazilərin əlverişli, strateji mövqelərdə yerləşdiyini diqqətə çatdıran M.Əmrahov işğal dövründə şəhərlərimizin, kəndlərimizin, qəsəbələrimizin viran edildiyini, mədəni irsimizə böyük zərbə vurulduğunu, tarixi-mədəni və dini abidələrimizin, məscidlərimizin dağıdılaraq vandalizmə məruz qaldığını vurğulayıb.

“Narkomaniyanın fiziki,mənəvi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib
“Narkomaniyanın fiziki,mənəvi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib
“Şən startlar" yarışı keçirilib
“Şən startlar
"Şamaxı" İdman Klubunda MMA və Pankration idman növləri üzrə məşğələ təşkil olunub
3 may 2024-cü il tarixində, "İdman hamı üçün" layihəsi çərçivəsində Qobustan İdman Kompleksində futbol idman növü üzrə məşğələ təşkil olunub
3 may 2024-cü il tarixində,
Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş həvəskarlar arasında nərd üzrə rayon turniri keçirilmişdir
Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş həvəskarlar arasında nərd üzrə rayon turniri keçirilmişdir
“Məktəblilərin respublika çempionatı “ yarışlarının sərbəst güləş idman növü üzrə zona mərhələsinin növbəti turu keçirilib
“Məktəblilərin respublika çempionatı “ yarışlarının sərbəst güləş idman növü üzrə zona  mərhələsinin növbəti turu keçirilib
Göyçayda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
Göyçayda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
“Hər yanı gülşən Azərbaycan” adlı III Regional xor müsabiqəsinə start verilib
“Hər yanı gülşən Azərbaycan” adlı III Regional xor müsabiqəsinə start verilib