veten informasiya agentliyi

Azərbaycan icması Beynəlxalq Ədalət Məkkəməsinin önündə etiraz aksiyası keçirib

Tarix:13-10-2023, 12:28
Baxış Sayı:43

Oktyabrın 2-də Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin önündə Azərbaycan icmasının “Biz sülh istəyirik!” adlı dinc etiraz aksiyası keçirilib.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə yerli vaxtla 15.00-dan 19.00-dək baş tutan aksiya Ermənistanın cəfəng iddialarına və anti-Azərbaycan kampaniyasına etiraz məqsədilə gerçəkləşdirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada çıxış edənlər Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını və mina terrorunu xatırladıblar.
Aksiya iştirakçıları Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın saxta iddialarını rədd etməyi, multukultural və sülhsevər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.
Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın ərazi bütövlüyünə hörmət edin!”, “Erməni separaçılığına son qoyulsun!”, “Anti-Azərbaycan kampaniyasına son verin!”, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Xocalını unutma!”, “Cəncə terroru Ermənistan terrorunun nümayişidir!”, “Ruben Vardanyan terrorizmin maliyyəçisidir!”, “Dünya Gəncə terroruna susur!”, “Biz Ermənistanın Bərdəyə qarşı terrorunu lənətləyirik!”, “Biz terrorizmə YOX deyirik!”, “Biz Ermənistanın sistematik kütləvi qətllərini lənətləyirik!”, “Arayik Arutunyan uşaq qatilidir!”, “Ermənistanın mina terroru azad edilmiş regionlarda normallaşdırma və bərpa prosesinə mane olur!”, “Qarabağın təhlükəsizliyi üçün mina xəritələrini tələb edirik!”, “Mina terroru məcburi köçkünlərin Qarabağa qayıtmasını əngəlləyir!”, “Dünya erməni terrorizminin qurbanları barədə susur!”, “Qarşılıqlı olmaq prinsipini tələb edirik!”, “Ermənistan qərbi azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin etməlidir!”, “Ermənistan qərbi azərbaycanlıların İrəvana qayıtmasının qarşısını alır”, “İrəvan sülh sazişinə ciddi yanaşmır”, “Qərbi azərbaycanlılara İrəvanda yaşayan ermənilərlə bərabər münasibət göstərilməlidir!”, “Azərbaycan Qarabağda birgə yaşayışı dəstəkləyir!”, “Biz Ermənistanı danışıqlara çağırırıq, konfrontasiyaya deyil!”, “Biz dünya ictimaiyyətini ədaləti dəstəkləməyə çağırırıq!” və sair şüarlar nümayiş etdirilib və səsləndirilib.
Qeyd edək ki, aksiya Ermənistanın müraciəti əsasında Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələrin təşkil olunduğu saatlarda keçirilib.

Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbinə kitablar ianə edilib
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbinə kitablar ianə edilib
Yevlax məktəblilərinin direktor və fənn müəllimləri ilə görüş
Yevlax məktəblilərinin direktor və fənn müəllimləri ilə görüş
Təhsil sektorları arasında intellektual çempionat keçirilib
Təhsil sektorları arasında intellektual çempionat keçirilib
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib
Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib